Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru ilə görüşüb

Posted by

Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru ilə görüşüb Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru ilə görüşüb

Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci Nazirlər Şurasının iclasında iştirakı çərçivəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Mixael Link ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı ilə ATƏT DTİHB ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

 

E. Məmmədyarov təsisat tərəfindən aparılan seçki monitorinqlərinin qərəzli olması, monitorinqlərin nəticələri ilə bağlı hazırlanmış hesabatların sifariş əsasında verilməsinin və təşkilatın məhz bu məsələlərdə ikili standartlar tətbiq etməsinin təşkilatla əməkdaşlığa və ona olan etimada xələl gətirə biləcəyini bildirib.

 

M. Link ölkələrlə əməkdaşlıqda maraqlı olduqlarını deyərək, həm seçki, həm də insan hüquqları kimi məsələlərdə ayrı-seçkiliyə yol verilməməsinin vacib amil olduğunu söyləyib və təşkilatın gələcək fəaliyyəti zamanı bu iradların diqqət mərkəzində olacağını vurğulayıb. O, həmçinin, regiona səfər etmək niyyətində olduğunu açıqlayıb.

 

Apa.az