Azərbaycan səfiri Romada təhsil alan tələbələrimizlə görüşüb

Posted by

Azərbaycan səfiri Romada təhsil alan tələbələrimizlə görüşüb

Azərbaycan səfiri Romada təhsil alan tələbələrimizlə görüşüb

 

 

Azərbaycan səfiri Romada təhsil alan tələbələrimizlə görüşüb

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Romanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Səfirliyimizin ikinci katibi Nəsir Məmmədovun və İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının sədri Fərid Abbasovun da iştirak etdikləri görüşdə İtaliyada tələbələrimizin təhsili və yaşayışı ilə bağlı aktual məsələlər müzakirə olunub.

 

V.Sadıqov son illər Azərbaycan-İtaliya əlaqələrinin yüksək templə inkişaf etdiyini və bu münasibətlərə gənclərimizin mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, artıq italiyalı gənclər Azərbaycan ilə daha yaxından tanış olmağa, ölkəmizin mədəniyyətini, adət-ənənələrini və zəngin irsini araşdırmağa böyük maraq göstərirlər. Bu istiqamətdə səfirliyin təşəbbüsü ilə bir sıra önəmli layihələr həyata keçirilməkdədir.

 

Səfir tələbələri Azərbaycanı İtaliyada layiqincə təmsil etməyə çağıraraq, bu ölkənin ənənələrinə və dəyərlərinə hörmətlə yanaşmağın əhəmiyyətini vurğulayıb. Bildirib ki, tələbələrin istənilən problemlərinin həllində, müxtəlif sahələrdə Azərbaycanla bağlı tədbirlərin təşkilində səfirlik tərəfindən hər zaman kömək göstəriləcək.

 

Sonda tələbələr onları maraqlandıran suallar verib və müxtəlif təkliflər irəli sürüblər.

 

AzərTac.az