Bolqarıstan və Azərbaycan arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Posted by

Bolqarıstan və Azərbaycan arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bolqarıstan və Azərbaycan arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

 

 

Bolqarıstan və Azərbaycan arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Noyabrın 20-də ədliyyə naziri Fikrət Məmmədov Bakıda keçirilən Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) üzv dövlətlərinin assambleyasının üçüncü sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlmiş Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova ilə görüşüb.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, xanım M.Popovanın IACA-nın işində fəal iştirakını və məzmunlu çıxışını qeyd edən nazir dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb. Həmçinin 2012-ci ildə Bolqarıstana səfərini xatırladaraq, iki ölkə arasında inkişaf edən müqavilə-hüquq bazasının, o cümlədən ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış sazişin səmərəli qarşılıqlı fəaliyyət üçün geniş imkanlar açdığını bildirib.

 

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatları, o cümlədən hakimlərin ən şəffaf seçimi barədə məlumat verib, həyata keçirilən tədbirlərdə Bolqarıstanın təcrübəsinin nəzərə alındığını qeyd edib.

 

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq ikitərəfli əlaqələrin dinamik inkişafını vurğulayıb, IACA-nın Bakı sessiyasının yüksək səviyyədə təşkil olunduğunu bildirib. Bolqarıstanın vitse-prezidenti Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə görülən tədbirləri maraqla qarşılayaraq, öz ölkəsində bu sahədə aparılan islahatlardan danışıb.

 

Görüşdə ədalət mühakiməsinin səmərəliliyi üzrə tədbirlər, Ədliyyə Akademiyasının fəaliyyəti, hüquqşünasların təhsili və maraq kəsb edən digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb.

 

Bolqarıstanın vitse-prezidenti nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olub.

 

AzərTac.az