Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirilə bilər

Posted by

Azərbaycan İran vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələni nəzərdən keçirir.

APA-nın “Press TV” kanalına istinadən verdiyi məlumata görə, bu barədə İranın Araz azad ticarət zonasının rəsmiləri ilə görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bildirib.

Onun sözlərinə görə, xüsusi komissiya bu məsələni nəzərdən keçirir: “Biz məsələnin yaxın gələcəkdə həll olunacağı barədə nikbinik. Rəsmi Bakı bu məsələni iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi nöqteyi-nəzərdən nəzərdən keçirir”.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə APA-ya bildirib ki, öz azərbaycanlı həmkarının fikirlərini dəstəkləyir: “Biz ikitərəfli əlaqələrimizi inkişaf etdirmək istəyirik və bu addımı müsbət qarşılayırıq. İstəyirik ki, insanlar rahat şəkildə bir-birini ziyarət edə bilsin”.

M.P.Ayin əlavə edib ki, Azərbaycan rəsmiləri ilə görüşlərdə bu məsələni dəfələrlə qaldırıb.

Apa.az