Təhsil naziri “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri ilə görüşüb

Posted by

Təhsil naziri Mikayıl Cabbarov “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri ilə görüşüb.

Nazirlikdən APA-ya verilən xəbər görə, ilk öncə Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri arasında 4-5 mart tarixində keçirilmiş görüş, müzakirə olunan məsələlər və reallaşdırılması nəzərdə tutulan proqramların əhəmiyyəti barədə nazirə məlumat verilib.

Bildirilib ki, görüşdə, “Microsoft Azərbaycan” şirkəti tərəfindən Microsoft İnnovativ Məktəb (Microsoft İnnovative School) proqramının təqdimatı keçirilib. Təqdimatda qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Microsoft Müəllim Sertifikatlaşma Proqramı, İT Akademiya, Microsoft Yerli Dil Proqramı, Microsoft Ofis 365 platforması və “Partners in Learning” Qlobal Forumu barədə ətraflı məlumatın təqdim edildiyi nəzərə çatdırılıb. Həmçinin, ilkin kompüter bilikləri, texnologiya kurrukulumu, təhsilin dizayn kurrikulumu və müəllimlərin professional inkişafı kimi mövzular ətrafında müzakirələr aparılıb.

Apa.az