Azərbaycan prezidenti Filippin və Qvatemalanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Posted by

Azərbaycan prezidenti Filippin və Qvatemalanın yeni səfirlərinin etimadnamələrini qəbul edibAzərbaycan prezidenti Filippin və Qvatemalanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti Filippin və Qvatemalanın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria Rovena Mendoza Sançezin etimadnaməsini qəbul edib.

 

APA-nın məlumatına görə, sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

 

M. Sançez Filippin prezidenti III Beniqno Akinonun salamlarını dövlət başçısına çatdırıb. Ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışan səfir xalqlarımızın ümumi dəyərlərə malik olduğunu məmnunluqla qeyd edib.

 

Azərbaycanla Filippin arasında ikitərəfli münasibətlərin inkişafını yüksək dəyərləndirən prezident İ.Əliyev isə əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı filipinli həmkarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş edib.

 

Azərbaycan prezideni bu gün həmçinin Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonun etimadnaməsini qəbul edib.

 

Səfirlə söhbət zamanı dövlət başçısı Azərbaycanla Qvatemala arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyən prezident İ. Əliyev ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün də imkanların araşdırılmasının vacibliyini qeyd edib. Dövlət başçısı səfirin bu əlaqələrin inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

 

Öz növbəsində H. Koronado Qvatemala prezidenti Otto Fernando Perez Molinanın salamlarını dövlət başçısına çatdırıb. O, ölkəsinin prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

 

Azərbaycan prezidenti qvatemalalı həmkarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qvatemala dövlət başçısına çatdırmağı xahiş edib.

 

Apa.az