Əli Tudənin 90 illik yubileyi keçiriləcək

Posted by

Əli Tudənin 90 illik yubileyi keçiriləcəkƏli Tudənin 90 illik yubileyi keçiriləcək

Əli Tudənin 90 illik yubileyi keçiriləcək

Bu gün saat 19:00-da Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair Əli Tudənin 90 illik yubileyi qeyd olunacaq.

 

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, ədəbiyyat xadimlərinin də qatılacağı tədbirdə şairin maraqlı həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək, habelə tədbir boyunca sevilən musiqi parçaları ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcək.

 

Ə.Tudə 50 poema, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və başqa dillərə tərcümə olunub. 1944-1946-cı illərdə Ərdəbildə nəşr olunan “Ziddi-faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində, “Şairlər məclisi” almanaxlarında şeirləri müntəzəm çap olunub.

 

Şair “21 Azər”, “Əməkdə fərqlənməyə görə” medalları ilə mükafatlandırılıb və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub.

 

Trend.az