Azərbaycan nümayəndə heyəti İsraildə müdafiə sərgisində olacaq
Azərbaycan Müdafiə Nazirliyi iyunun 2-4-də Tel-Əvivdə keçiriləcək ISDEF beynəlxalq müdafiə sərgisinə rəsmi nümayəndə heyəti göndərəcək. Trend xəbər verir ki, bu barədə “jerusalemonline.com” saytı məlumat yayıb.
Məqalədə deyilir ki, iki ölkə arasında münasibətlər böyük strateji əhəmiyyətə malikdir.
Sayt yazır ki, Azərbaycanla ISDEF arasında sıx əlaqələr 2011-ci ildə, bu ölkədən ilk nümayəndə heyətinin sərgiyə gəldiyi vaxt yaranıb. Bundan sonra Azərbaycan İsraillə ticarət əlaqələrini genişləndirib.
Məqalədə deyilir ki, İsrail sənayesi Azərbaycanda böyük potensial görür və ötən ilin sentyabrında Bakıda ADEX ilk müdafiə sənayesi sərgisində çoxlu sayda İsrail şirkətlərinin iştirakı bunun sübutudur.
Trend.az