Bakıdan Sumqayıta elektrik qatarı işə salınacaq
Nəqliyyat Nazirliyi Bakıdan Sumqayıta elektrik qatarının işə salınması layihəsinin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) aparır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
Onun sözlərinə görə, bu, olduqca böyük maliyyətutumlu layihədir, buna görə TİƏ-nin hazırlanması ilə yanaşı, layihənin qiymətləndirilməsi aparılır və müxtəlif maliyyə variantları nəzərdən keçirilir: “Əminəm ki, layihə müvafiq qurumlar tərəfindən razılaşdırıldıqdan sonra bu məsələ öz həllini tapacaq”.
Trend.az