Azərbaycan muğam sənətinin qorunması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq

Posted by

Milli Məclisin Mədəniyyət komitəsinin 2014-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib. Bu barədə Trend-ə komitənin sədri, millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Kulinariya mədəniyyəti haqqında”, “Azərbaycan aşıq sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri iş planına əsasən sessiya müddətində müzakirə ediləcək.

N.Cəfərov qeyd edib ki, bundan əlavə, dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, eləcə də Azərbaycan Prezidenti, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təklif edilən qanun layihələri də sessiya dövründə müzakirəyə çıxarılacaq.

Trend.az