İlham Əliyev: “Dünya Ticarət Təşkilatına üzv olacağımız vaxtı özümüz bilirik”

Posted by

İlham Əliyev: “Dünya Ticarət Təşkilatına üzv olacağımız vaxtı özümüz bilirik”

 

İlham Əliyev: “Dünya Ticarət Təşkilatına üzv olacağımız vaxtı özümüz bilirik”

İlham Əliyev: “Dünya Ticarət Təşkilatına üzv olacağımız vaxtı özümüz bilirik”

 

Biz hələ Dünya Ticarət Təşkilatına üzv olmamışıq, baxmayaraq bizi böyük təkidlə oraya dəvət edirlər.

 

Gün.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışında bildirib.

 

Dövlət başçısı qeyd edib ki, bu məsələ Azərbaycan qarşısında mütəmadi qaydada qaldırılır ki, nə üçün Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmur?

 

“Bunun səbəbləri vardır və səbəblərdən ən birincisi yerli istehsalçının müdafiəsidir, Azərbaycan bazarının qorunmasıdır. Biz ilk növbədə öz fermerlərimizə, şirkətlərimizə şərait yaratmalıyıq.

 

Yoxsa biz öz bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o zaman yerli istehsal öləcəkdir, kəndli zərər çəkəcəkdir. Ona görə, biz buna getmirik”.

 

İlham Əliyev bəyan edib ki, Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik.

 

“O vaxt ki, Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil edəcəkdir, o vaxt biz Dünya Ticarət Təşkilatına üzv olacağıq və baxarıq görərik o vaxt bizi belə təkidlə oraya dəvət edəcəklər, yoxsa yox.

 

Çünki Azərbaycan bazarı dinamik bazardır, böyüyən bazardır.

 

Azərbaycan zəngin ölkəyə çevrilir, əhali artır. Əlbəttə ki, bu bazara, necə deyərlər, sərbəst gəlmək üçün böyük səylər göstərilir. Bir daha demək istəyirəm ki, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızın azaldılması, ixracyönümlü məhsulların yetişdirilməsi prioritet məsələdir.

 

Bu məsələlərin həllinə bütün dövlət qurumları kömək göstərməlidir”.

 

Gün.Az