Auditorlar Palatasının vəzifə və səlahiyyətləri artırılacaq

Posted by

Auditorlar Palatasının vəzifə və səlahiyyətləri artırılacaqAuditorlar Palatasının vəzifə və səlahiyyətləri artırılacaq

Auditorlar Palatasının vəzifə və səlahiyyətləri artırılacaq

Azərbaycanda Auditorlar Palatasının vəzifə və səlahiyyətləri artırılır. APA-nın məlumatına görə, 16 sentyabr 1994-cü ildən qüvvədə olan “Auditor xidməti haqqında” qanuna əsasən Auditorlar Palatası auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılıb.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən hazırlanaraq ictimai müzakirəyə çıxarılan “Auditor fəaliyyəti haqqında” qanun layihəsinə əsasən isə Auditorlar Palatasının vəzifə və səlahiyyətləri sırasına auditor xidməti bazarında haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin təşkili, auditor kadrlarının hazırlanması və yenidən hazırlanmasını da daxil edilib.

 

APA.az