Asiya Parlament Assambleyası Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi, mədəni, dini abidələri dağıtmasını kəskin pisləyib

Posted by

Asiya Parlament Assambleyası Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi, mədəni, dini abidələri dağıtmasını kəskin pisləyibAsiya Parlament Assambleyası Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi, mədəni, dini abidələri dağıtmasını kəskin pisləyib

Asiya Parlament Assambleyası Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi, mədəni, dini abidələri dağıtmasını kəskin pisləyib

Millət vəkili Qənirə Paşayeva Pakistanın Lahor şəhərində keçirilən Asiya Parlament Assambleyasının 7-ci sessiyasında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları dağıtması ilə bağlı geniş çıxış edib.

 

APA-nın xəbərinə görə, o, qurumun qətnamə layihəsində bu məsələnin xüsusi qeyd edilməsini təklif edib.

 

Q.Paşayeva qeyd edib ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək, azərbaycanlılara məxsus bütün izləri yox etməyə çalışırlar: “Ermənistan öncə öz ərazisində etnik təmizləmə siyasəti apararaq, bütün azərbaycanlıları oradan qovdu və Azərbaycanın tarixi torpaqları olan bugünkü Ermənistan ərazisində azərbaycanlılara məxsus bütün tarixi, mədəni, dini abidələri məhv etdilər. Sonra isə işğal etdikləri Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti apararaq bütün insanları öz evlərindən zorla qovdular. Çoxlu sayda azərbaycanlını qətlə yetirib, soyqırım törətdilər. Bundan sonra isə tarixi, mədəni, dini abidələri dağıtmağa başladılar. Onlar Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər dünya mədəniyyətinə də böyük zərbə vururlar. Çünki bu qədim abidələr dünya mədəniyyətinin də bir parçasıdır və harada kimlər tərəfindən törədilməsinə baxmayaraq, hamımız bu cür məsələlərə kəskin etiraz səsimizi ucaltmalıyıq. Əgər siz gerçəkləri video və fotogörüntülərlə görmək istəyirsinizsə, mən onları sizə göstərə və təqdim edə bilərəm. Burada mənim əlimdəki bu videolarda, bu filmlərdə, kitablarda onların bir hissəsini görə bilərsiniz”.

 

Millət vəkili Asiya Parlament Assambleyasında iştirak edən üzv ölkələrin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələrin və qəbiristanlıqların dağıdılmaqda davam etməsindən narahatlıqlarını bildirməsinin, bu kimi vandalizm aktları törətməyi dayandırmağı tələb etməsinin vacibliyini vurğulayaraq, qəbul edilən sənədlərdə bu məsələnin öz əksini tapmasını təklif edib və üzv ölkələri bu istiqamətdə səyləri daha da artırmağa çağırıb. O, Asiya Parlament Assambleyası üzv-ölkələrini ermənilər tərəfindən abidələrin dağıdılmasının qarşısının alınması üçün vacib addımlar atmağa və onların hərəkətinə siyasi qiymət verməyə çağırıb və bildirib ki, harada baş verməsindən asılı olmayaraq, bu kimi vandalizm aktları kəskin pislənməli və Assambleya tərəfindən qəbul ediləcək sənədlərdə öz əksini tapmalıdır: “Biz harada kimlər tərəfindən törədilməsinə baxmayaraq, qəbiristanlıqların dağıdılması kimi barbarlığı kəskin pisləməklə bərabər onun dayandırılması üçün də əlimizdən gələni əsirgəməməliyik. Sizi yaxınlarının qəbirləri dağıdılan insanların ağrısını, acını bir dəqiqəlik hiss etməyə çağırır, onlara öz dəstəyinizi göstərərək ciddi addımlar atmağa çağırırıq”.

 

Qənirə Paşayevanın bu təklifləri Pakistan, Türkiyə başda olmaqla bir sıra ölkələr tərəfindən dəstəklənib, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələri və qəbiristanlıqları dağıtması kəskin pislənilib və Ermənistan bu kimi addımlara son qoymağa çağırılıb.

 

 

Apa.az