ADA Universiteti və İraq Diplomatik Xidmət İnstitutu memorandum imzalayıblar

Posted by

ADA Universiteti və İraq Diplomatik Xidmət İnstitutu memorandum imzalayıblarADA Universiteti və İraq Diplomatik Xidmət İnstitutu memorandum imzalayıblar

ADA Universiteti və İraq Diplomatik Xidmət İnstitutu memorandum imzalayıblar

Bu gün ADA Universiteti ilə İraq Xarici İşlər Nazirliyinin Diplomatik Xidmət İnstitutu arasında iki ölkənin diplomatları və diplomatik xidmət işçiləri üçün daha yaxşı təhsil və treyninqlər vermək, eyni zamanda, onların tədqiqatlarına dəstək olmaq üçün qarşılıqı əməkdaşlığın dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

ADA Universitetindən Trend-ə verilən məlumata görə, memoranduma əsasən tərəflər təşkili nəzərdə tutulan dərs proqramları, kurslar, seminarlar və bu kimi akademik fəaliyyətlərlə bağlı məlumatları, hər iki təhsil müəssisəsi tərəfindən qəbul olunmuş tədris proqramlarında istifadə olunan müasir tədris metodikalarını, peşəkar göstəricilərin artırılması məqsədilə qarşılıqlı maraq dairəsində olan sahələrdə professorlar, mühazirəçilər, mütəxəssislər, tədqiqatçılar və tələbələri mübadilə etmək, müştərək dövri nəşrlər, jurnallar, məqalələr, elmi tədqiqatlar, eləcə də tərəflərin maraq dairəsində olan beynəlxalq münasibətlər sahəsindəki nəşrlərin mübadiləsi üçün müvafiq sistem yaratmaq haqqında razılıq əldə ediblər.

 

Anlaşma ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və İraq Xarici İşlər Nazirliyinin Diplomatik Xidmət İnstitutunun adından səfir Heydər Şiyə əl-Barrak tərəfindən imzalanıb.

 

Trend.az