Alman hərbçilər Bakıda azərbaycanlı həmkarları üçün seminar keçiriblər

Posted by

Alman hərbçilər Bakıda azərbaycanlı həmkarları üçün seminar keçiriblərAlman hərbçilər Bakıda azərbaycanlı həmkarları üçün seminar keçiriblər

Alman hərbçilər Bakıda azərbaycanlı həmkarları üçün seminar keçiriblər

Bakıda “Silahlı Qüvvələr demokratik cəmiyyətdə” mövzusunda seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən “Silahlı Qüvvələr demokratik cəmiyyətdə” mövzusunda seminar keçirilib.

Seminarda dünyanın bəzi aparıcı dövlətlərinin Silahlı Qüvvələrinin yaradılması, inkişafı, modernləşdirilməsi, təhlükəsizlik sektorunda islahatların həyata keçirilməsi, NATO-ya üzv dövlətlərin bu sahədə təcrübəsi və digər məsələlər barədə müzakirələr aparılıb.

Seminara sentyabrın 19-da yekun vurulub.

 

Trend.az