Daxili Qoşunların Komandanı Belarusda rəsmi səfərdə olub

Posted by

Daxili Qoşunların Komandanı Belarusda rəsmi səfərdə olub Daxili Qoşunların Komandanı Belarusda rəsmi səfərdə olub

Daxili Qoşunların Komandanı Belarusda rəsmi səfərdə olub

Daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdə olub.

 

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə bildiriblər ki, səfərin birinci günü general-mayor Şahin Məmmədov Belarus Respublikasının Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-mayor Yuri Karayevlə görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə general-mayor Y.Karayev general-mayor Ş.Məmmədovu səmimi salamlayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında əməkdaşlıqdan məmnunluğunu vurğulayıb.

 

General-mayor Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Belarus Respublikasına rəsmi səfərinin əməkdaşlığın uğurlu inkişafına dəstək verəcəyini bildirib.

 

Səfər çərçivəsində general-mayor Ş.Məmmədovu Belarus Respublikasının Daxili İşlər Naziri milis general-mayoru İqor Şuneviç qəbul edib. Görüş zamanı Belarus Respublikasının Daxili İşlər Naziri hər iki dövlətin müvafiq qrumları arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

 

Səfər proqramına uyğun olaraq, Daxili Qoşunların nümayəndə heyəti Belarus Respublikasının Daxili Qoşunlarının müxtəlif təyinatlı hərbi hissələrində xidməti-döyüş fəaliyyəti ilə tanış olub.

 

Nümayəndə heyəti həmçinin, Belarus Respublikasının tarixini əks etdirən muzey kompleksini və Belarus Respublikasının Daxili Qoşunlarının mərkəzi muzeyini ziyarət edib.

 

Trend.az