ADİU ilə TÜSİAB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

Posted by

ADİU ilə TÜSİAB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

ADİU ilə TÜSİAB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

 

 

ADİU ilə TÜSİAB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

Dekabrın 4-də Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Müqavilənin məqsədi ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün imkan və şərait yaratmaqdan ibarətdir.

 

ADİU-nun marketinq və kommunikasiya departamentindən AzərTAc-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, əməkdaşlıq çərçivəsində tələbələrin TÜSİAB-ın şirkətlərində təcrübə keçməsi və peşəkar bacarıqlara yiyələnməsi üçün şərait yaradılacaq. Cəmiyyət həmçinin, təhsilin idarəedilməsi sahəsində Türkiyə universitetləri ilə vasitəçilik edəcək.

 

TÜSİAB-ın sədri Yavuz Keleş qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində davamlı iş aparılacağını qeyd edib.

 

ADİU ilə TÜSİAB arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərinə kadr hazırlığı, birgə elmi simpozium, forum və konfransların təşkili, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti və metodiki tövsiyələrin hazırlanması, tələbələrin istehsalatda təcrübə keçməsi, məzunların işlə təmin edilməsinə yardım göstərilməsi, ADİU-nun İnnovativ Biznes İnkubatoru ilə birgə layihələrin (startaplar) təşkil edilməsi daxildir.

 

AzərTac.az