Təhsil Nazirliyi və Qızıl Aypara Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalanıb

Posted by

Təhsil Nazirliyi və Qızıl Aypara Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalanıbTəhsil Nazirliyi və Qızıl Aypara Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi və Qızıl Aypara Cəmiyyəti arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, memorandumu təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov imzalayıblar.

 

 

Memorandum Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin mühüm bir qisminin dövlət təhsil müəssisələrində reallaşdırılmasını nəzərə alaraq, bu işlərin səmərəliliyinin artırılması üçün qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədlərinə xidmət edir.

 

Sənədə əsasən Təhsil Nazirliyi Qızıl Aypara Cəmiyyətinin təhsil müəssisələrindəki humanitar fəaliyyətini dəstəkləyəcək. Qızıl Aypara Cəmiyyəti isə Təhsil Nazirliyinin müraciəti əsasında təhsil alanları müvafiq seminar, təlim, sessiya, kampaniya, yay düşərgələri və digər müvafiq tədbirlərə cəlb edəcək. Dövlət ali təhsil müəssisələrinin humanitar fakültələrinin tələbələri üçün Qızıl Aypara Cəmiyyətinin strukturlarında müvafiq istehsalat təcrübəsinin keçirilməsinin təşkil olunması da nəzərdə tutulur.

 

Apa.az