ABŞ Konqresində Ermənistanda antisemitizm və ksenofobiya haqda məlumat təqdim edilib

Posted by

Texas ştatından olan konqresmen Stiv Stokman ABŞ Konqresinin Nümayəndələr Palatasında çıxış edərək, Ermənistanda etnik və dini azlıqlara münasibətdə tolerantlığın olmaması, habelə bu ölkədə antisemitizm problemini qaldırıb (https://www.congress.gov/congressional-record/2014/12/12/extensions-of-remarks-section/article/e1843-2/).

S.Stokman Nümayəndələr Palatasının spikerinə müraciət edərək bildirib ki, Ermənistan antisemitizm və milli azlıq təşkil edən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirir. Konqresmen beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun keçən həftə “Algemeiner” qəzetində dərc olunmuş “Ermənistanda antisemitizm: birbaşa və aşkar təhdid” sərlövhəli məqaləsini qanunvericilərin diqqətinə təqdim edib.

Arye Qut həmin məqalədə Ermənistan cəmiyyətində antisemitizm və ksenofobiya ilə bağlı vəziyyəti təhlil edir. Müəllif Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qarabağ regionunun işğal edilməsi və Ermənistan rəhbərliyinin suveren Azərbaycan dövlətinə qarşı təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin və quldur dəstələrinin Xocalıda törətdikləri cinayətlər, 613 nəfər dinc sakinin qətlə yetirilməsi barədə ətraflı məlumat verir.

AzərTac.az