Azərbaycanda məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları təsdiqlənib

Posted by

Azərbaycanda məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları təsdiqlənibAzərbaycanda məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları təsdiqlənib

Azərbaycanda məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları təsdiqlənib

Təhsil naziri Mikayıl Cabbarova “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq olunması barədə əmr imzalayıb.

 

Təhsil NAzirliyindən APA-ya verilən xəbərə görə, yeni qaydalar istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili və keçirilməsi ilə bağlı işləri obyektiv və şəffaf qaydada həyata keçirmək məqsədilə təsdiq edilib. Əmrə əsasən, təhsilin inkişafı proqramları şöbəsinə tapşırılıb ki, 10 gün ərzində Respublika təşkilat komitəsinin tərkibinə dair təklifləri təqdim etsin.

 

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinə tabe olan ümumi təhsil müəssisələrinin direktorları bu “Qaydalar”dan irəli gələn zəruri tədbirləri həyata keçirməlidirlər. Əmrə əsasən, İqtisadiyyat şöbəsi fənn olimpiadaların təşkili, keçirilməsi, qaliblərin təltif olunması, münsiflər heyəti üzvlərinin, müəllimlərin mükafatlandırılması ilə əlaqədar xərclərin smetasını hazırlayıb təsdiq üçün nazirliyin rəhbərliyinə təqdim etməlidir. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

 

Apa.az