Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair müqavilənin icrası vaxtı açıqlanıb

Posted by

Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair müqavilənin icrası vaxtı açıqlanıb

 

Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair müqavilənin icrası vaxtı açıqlanıb

Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair müqavilənin icrası vaxtı açıqlanıb

 

Doqquz aydan sonra Aİ ilə viza rejiminin sadələşdirilməsinə dair müqavilənin icrasına başlanılacaq. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard deyib.

O bildirib ki, bu müqavilənin icrasına başlanıldıqdan sonra Azərbaycandan Avropaya və əks istiqamətdə gediş-gəliş daha da asanlaşacaq: “Son zamanlar müşahidə edirik ki, səfərlərin sayı xeyli artıb”.

M.Mard, həmçinin bildirib ki, gələn il readmissiya haqqında müqavilənin imzalanacağı gözlənilir.

Səfir qeyd edib ki, iqtisadiyyat və sənaye sahəsində də Aİ Azərbaycanla əməkdaşlıq edir: “Düşünürük ki, Avropa biznesi Azərbaycanda, Azərbaycan biznesi Avropada inkişaf edəcək”.

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) ötən il noyabrın 29-da viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıblar.

Vilnüsdə keçirilən III “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus imzalayıb.

Xatırladaq ki, sənəd Azərbaycanla Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, bir müddət əvvəl xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirmişdi ki, saziş imzalandıqdan sonra Milli Məclisdə və Avropa Parlamentində ratifikasiya olunacaq.

Bundan əlavə, “Şengen” zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə – Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır.

Nazir müavinin sözlərinə görə, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir.

 

Trend.az