Son 21 il ərzində Azərbaycanda 172 565 tələbə diplom alıb

Posted by

Son 21 il ərzində Azərbaycanda 172 565 tələbə diplom alıb

 

Son 21 il ərzində Azərbaycanda 172 565 tələbə diplom alıb

Son 21 il ərzində Azərbaycanda 172 565 tələbə diplom alıb

 

Son 21 il ərzində Azərbaycanda 172 565 tələbə diplom alıb. Trend-in “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sisteminə 2013-cü il noyabrın 8-dək daxil olan məlumatlara istinadən verdiyi məlumatlara əsasən, bu müddətdə ən cox diplom ali təhsilin bakalavriat səviyyəsi üzrə verilib.

Qeyd edilən müddətdə 106 023 tələbə bakalavriat səviyyəsi üzrə diplom alıb. Magistratura səviyyəsi üzrə 8078 tələbə diplom ala bilib. Tam orta təhsil bazasında orta ixtisas təhsili pilləsi üzrə 36042, ümumi orta təhsil bazasında 22422 nəfər diplom alıb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ölkə Prezidentinin fərmanı ilə yaradılan “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sistemi 2012-ci il martın 28-də istifadəyə verilib.

 

Trend.az