Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cəbhədə vəziyyətin gərginləşməsinə münasibət bildirib

Posted by

“Son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliyi təəssüf hissi ilə qarşılayırıq.

Avropa Birliyi bu məsələni daim diqqət mərkəzində saxlayır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.

O, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun bir neçə gün əvvəl Azərbaycana səfər etdiyini, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarılmasında AB-nin Azərbaycana yardım etməsi məsələlərin müzakirə olunduğunu bildirib.

“Münaqişənin həllinə ilk növbədə ATƏT-in Minsk qrupu yardım etməlidir. Biz bu məsələ üzrə təyin olunmuş həmsədrlərlə görüşürük. Avropa Birliyi tərəflərin və həmsədrlərin təkliflərini dinləməyə hazırdır”, – deyə səfir qeyd edib.

Apa.az