Azərbaycanda 2020-ci ilə qədər 100 min ağacın əkilməsini nəzərdə tutan layihəyə start verildi

Posted by

Azərbaycanda 2020-ci ilə qədər 100 min ağacın əkilməsini nəzərdə tutan layihəyə start verildi

Azərbaycanda 2020-ci ilə qədər 100 min ağacın əkilməsini nəzərdə tutan layihəyə start verildi

Azərbaycanda 2020-ci ilə qədər 100 min ağacın əkilməsini nəzərdə tutan layihəyə start verildi

Bu gün “Coca-Cola” şirkəti ADA Universiteti ilə birgə tərəfdaşlıq çərçivəsində Azərbaycanda 2020-ci ilə qədər 100 min ağacın əkilməsini nəzərdə tutan “Ağac Əkək. Təbiətə Pay Verək” adlı layihəyə start verib.

Trend-in məlumatına görə, layihənin əsas məqsədi eko-sistemdən faydalanaraq ölkənin öncədən müəyyən edilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir.

 

Layihənin təqdimat mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev layihənin ekologiya üçün vacibliyini vurğulayıb.

 

H.Paşayev deyib ki, “Coca-Cola” ilə ADA Universiteti arasında səmərəli iş birliyi var və həm universitet, həm də “Coca-Cola” bu əməkdaşlıqdan bəhrələnir: “Coca-Cola”nın dünyada yayılması böyük reallıqdır, ancaq eyni zamanda “Coca-Cola” digər sahələrdə də böyük işlər həyata keçirir. Elə bu layihənin özü ekologiya üçün çox səmərəli bir layihədir”.

 

H.Paşayev qeyd edib ki, Azərbaycanda ekologiya sahəsində böyük işlər görülür və sözügedən layihə ilə bu işlər daha da gücləndiriləcək.

 

Daha sonra çıxış edən “Coca-Cola”nın Tükiyə, Qafqaz və Mərkəzi Asiya üzrə biznes bölməsinin prezidenti Galya Molinas qeyd edib ki, burada əsas məqsəd layihə vasitəsilə havanın çirklənməsi, su təchizatı və torpaq erroziyası kimi problemlərin qarşısını almaqdır.

 

Daha sonra ADA Universiteti ilə “Coca-Cola” şirkəti arasında layihənin həyata keçirilməsi ilə bağlı sənəd imzalanıb.

 

Qeyd edək ki, layihə ADA Universitetinin Enerji və Ətraf Mühit üzrə Xəzər Mərkəzi tərəfindən həyata keçiriləcək.

 

Trend.az