AMEA-da yeni institutların yaradılması nəzərdə tutulur

Posted by

AMEA-da yeni institutların yaradılması nəzərdə tutulur

AMEA-da yeni institutların yaradılması nəzərdə tutulur

AMEA-da yeni institutların yaradılması nəzərdə tutulur

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni institutların yaradılması, bəzi elmi müəssisələrinin isə adlarının dəyişdirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, AMEA prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib ki, elm və texnologiyaların inkişafı Akademiyanın strukturunda islahatların aparılmasına ehtiyac yaradıb.

İclasda Neft və Qaz Elmi Tədqiqat İnstitutunun, Dünya Siyasəti İnstitutunun, Elm Tarixi İnstitutunun yaradılması məqsədilə zəruri tədbirlərin icrası haqqında qərar qəbul olunub. Qərara alınıb ki, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından sosiologiya sözü götürülsün. Mərdəkan Dendrarisi Dendralogiya, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılsın.

 

Trend.az