Azərbaycanda ovçuluq təsərrüfatının idarə olunması üçün yeni qurum yaradıldı

Posted by

Azərbaycanda ovçuluq təsərrüfatının idarə olunması üçün yeni qurum yaradıldı

Azərbaycanda ovçuluq təsərrüfatının idarə olunması üçün yeni qurum yaradıldı

Azərbaycanda ovçuluq təsərrüfatının idarə olunması üçün yeni qurum yaradıldı

Azərbaycanda “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi və strukturu təsdiq edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu cəmiyyət Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində yaradılıb.

Cəmiyyətin əsas məqsədi ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilində və idarə edilməsində iştirak etməkdir. Bu cəmiyyət “Xidməti və mülki silah haqqında”, “Ovçuluq haqqında” qanunlarla müəyyən edilmiş qaydada ov silahını, atıcılıq sursatını, ovçuluq-balıqçılıq ləvazimatını, idman inventarını və digər ovçuluq əşyalarını almaq və satışını, həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil edə, ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər həyata keçirə, təbii fəlakət və digər səbəblər nəticəsində Cəmiyyətin istifadəsində olan ərazilərdə dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa edə bilər.

Cəmiyyətin ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və süni artırılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlərdə, ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl edilməsində iştirak etmək səlahiyyəti var.

Cəmiyyət əsas məqsədinə uyğun olaraq Azərbaycanın qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər.

 

Trend.az