Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Bazeldə görüşməyiblər
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Elmar Məmmədyarov və Edvard Nalbandyanın Bazeldə görüşü olmayıb.
Bu barədə APA-nın İsveçrəyə ezam olunmuş müxbiri xəbər verir.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumatı təsdiqləyib.
Qeyd edək ki, ötən gün E. Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
APA.az