Sergey Lavrov: “Minsk qrupu həmsədrlərinin üçlüyü beynəlxalq vasitəçiliyin nümunəsidir”

Posted by

“Rusiya post-sovet məkanındakı münaqişələrin həllində yalnız prosesi stimullaşdıra bilər”.

APA-nın İsveçrəyə ezam olunan müxbirinin məlumatına görə, bunu Rusiya XİN başçısı Sergey Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında deyib.

XİN başçısı qeyd edib ki, Rusiya ancaq stimullaşdırıcı rol oynaya və vasitəçi olaraq tərəflərə bərabər şəkildə dəstək göstərə bilər: “Tərəflər münaqişənin həlli üçün əldə etdikləri nailiyyətlərə diqqətlə yanaşmalıdırlar”.

S. Lavrov Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq qeyd edib ki, bu münaqişənin nizamlanması prosesində yüksəlişlər və enişlər olub: “Hətta hansısa zamanlarda danışıqların konsepsiyasında da dəyişikliklər baş verib. Həmsədrlər prosesə hər cür dəstək göstəriblər. Ümumiyyətlə, Minsk qrupu həmsədrlərinin üçlüyü beynəlxalq vasitəçiliyin nümunəsidir. Həmsədrlər arasında yaxşı və dostcasına əməkdaşlıq və koordinasiya mövcuddur”.

APA.az