Hesablama Palatası Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində nöqsanlar aşkarlayıb

Posted by

Hesablama Palatası Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində nöqsanlar aşkarlayıb

Hesablama Palatası Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində nöqsanlar aşkarlayıb

Hesablama Palatası Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində nöqsanlar aşkarlayıb

Hesablama Palatası 2012-ci ilin İş Planına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində apardığı audit yoxlama zamanı dövlət büdcəsinin “Sosial müdafiə və sosial təminat xərcləri” bölməsindən ayrılmış vəsaitlərin icrasında maliyyə nöqsanları və digər qanunvericiliyə zidd əməllər aşkar edib.

 

APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının bu gün Milli Məclisdə qəbul olunmuş hesabatında bildirilib.

 

Hesabatda qeyd olunub ki, mərkəz tərəfindən ünvanlı dövlət sosial yardımının və sosial müavinətlərin verilməsi üçün vəsaitlərin proqnozlaşdırılması işinin, ümumiyyətlə, aparılmadığı, ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı zəruri sənədlərin toplanmasında və gəlirlərin düzgün, tam nəzərə alınmasında nöqsanlara yol verildiyi, sosial müavinətlərin ödənişində qanunvericilik aktlarının tələblərinə əməl edilməməsi nəticəsində sosial müavinət almaq hüququ olmayan şəxslərə, müavinət alan şəxslərə müavinət almaq hüququnun bitdiyi tarixdən sonra da ödənişlərin aparıldığı, ödəniş reyestrlərindəki məlumatlarla müavinət işləri və şəxsi hesablardakı məlumatlar arasında ciddi fərqlərin mövcud olduğu aşkar edilib. Dəfn xərclərinin baratla ödənişi üzrə qanunvericiliyin tələblərinə bir çox hallarda riayət edilməyib, sosial müavinət alanın dəfnini təşkil edən şəxs barədə müvafiq arayış, ölüm haqqında şəhadətnamənin surəti alınmayıb, dəfn xərclərinin ödənişi reyestrində vəfat edənlərin iş nömrələri, ad və soyadları göstərilməyib.

 

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib, həmin qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

 

Apa.az