Deyvid Deyvis: “Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”

Posted by

Deyvid Deyvis: “Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”

Deyvid Deyvis: “Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”

Deyvid Deyvis: “Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”

Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis Avropa Azərbaycan Cəmiyyətinə Ukraynada baş verən hadisələrlə bağlı mövqeyini bildirərək, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat ünvanlamışdır.

Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, bəyanatda Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsi pislənilir.

Bəyanatda deyilir ki, Ukraynada baş verən son hadisələrin sabitliyin Avropa üçün nə qədər önəmli bir amil olduğunu bizə bir daha xatırlatdı. Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsində Qərb yekdil mövqe nümayiş etdirdi. Lakin bu yekdillik bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi görmürük. Böyük Britaniya bp şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir və münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik. İndi bizim üçün Dağlı Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın və məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin, məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının doğma evinə qayıtmasının əsl zamanıdır.

 

AzərTac.az