Azərbaycanda yanğınların söndürülməsi üçün yeni üsuldan istifadə olunacaq

Posted by

Azərbaycanda yanğınların söndürülməsi üçün yeni üsuldan istifadə olunacaq

Azərbaycanda yanğınların söndürülməsi üçün yeni üsuldan istifadə olunacaq

Azərbaycanda yanğınların söndürülməsi üçün yeni üsuldan istifadə olunacaq

Azərbaycanda yanğınların söndürülməsi üçün yeni üsuldan istifadə olunacaq. Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə ilk dəfə olaraq alovun qarşısını almaq üçün innovativ qurğu tətbiq etməyə hazırlaşır.

“Yanğın topu” adlanan avtomatik qurğu adi top formasındadır. Onu alovun mərkəzinə atmaqla yanğını dərhal söndürmək mümkündür. Ümumiyyətlə isə, yeni məhsulun klassik yanğınsöndürmə vasitələri ilə müqayisədə bir sıra üstün cəhətləri var.

Belə ki, avtomatik yanğın topu bütün növ – “A”, “B”, “C” sinif yanğınların söndürülməsi üçündür. Topun işə düşməsi üçün insanın müdaxiləsi və ya mexaniki təsir tələb olunmur – bunun üçün kiçik bir alışma və alov toxunması kifayətdir. “Yanğın topu” alovu 3-5 saniyə müddətində söndürür.

“Yanğın top”u formaca uşaq topuna oxşayır, çəkisi 1,3 kiloqramdır ki, bu da hazırda istifadə olunan alov söndürmə qurğularından 5-10 dəfə yüngüldür.

FHN-in məlumatına görə, “Yanğın topu”nu istənilən yaşda şəxs heç bir xüsusi təlim keçmədən yanğın zamanı tətbiq edə bilər. Çünki, avtomatik yanğın topu ekoloji cəhətdən təmizdir. O həm də siqnalizasiya vasitəsidir. Bu növ yanğın topu 6 il müddətində istismara yararlıdır. Onu yenidən doldurmaq və işlək vəziyyət olmasına nəzarət etmək lazım deyil.

Amma “top”un imkanları bununla bitmir. Yeni məhsul 1300 V gərginlik altında olan elektrik qurğularını söndürə bilər. Onun 1 ədədi 8,3 min kubmetr həcmi olan sahə üçün nəzərdə tutulub.

 

Trend.az