Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikiləcək

Posted by

Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikiləcəkHacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikiləcək

Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikiləcək

Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Hacıqabul Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

Trend/az