20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Posted by

20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

 

 

20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.

 

AHİK-dən AzərTAc-a bildiriblər ki, görüşdə iştirak edən 117 şəhid ailəsinin problemləri dinlənilib, onlara maddi yardım verilib.

 

AHİK 20 Yanvar hadisələrinin ilk günündən xalqımızın başına gətirilmiş müsibətlərin ağırlığını çiynində daşıyan ictimai təşkilat olaraq Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş soydaşlarımızın ailələrinə daim qayğı göstərir. Hər il 20 Yanvar hadisələri ərəfəsində faciə qurbanlarının ailələri və əlillər konfederasiyada qəbul olunur, onların problemləri öyrənilir, maddi yardımlar verilir.

 

Qanlı Yanvar hadisələrinin baş verdiyi gündən indiyədək Azərbaycan həmkarlar ittifaqları şəhid ailələri ilə sıx əlaqə saxlayır, onların üzləşdikləri problemlərin vaxtında həlli üçün mümkün olan hər şeyi edirlər.

 

AzərTac.az