BMT: Müsəlmanlara qarşı etnik təmizləmə aparılıb

Posted by

BMT: Müsəlmanlara qarşı etnik təmizləmə aparılıbBMT: Müsəlmanlara qarşı etnik təmizləmə aparılıb

BMT: Müsəlmanlara qarşı etnik təmizləmə aparılıb

BMT-nin Mərkəzi Afrika Respublikası üçün yaratdığı İstintaq Komissiyası bu ölkədə müsəlmanlara qarşı etnik təmizləmənin aparıldığı qənaətinə gəlib.

 

Trend-in Türkiyənin “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, bununla belə, komissiya soyqırım dəlili tapılmadığına dair qərar verib.

 

BMT-nin Təhlükəsizlik Şurasına təqdim edilən yekun məruzədə bildirilir ki, ölkədəki çevrilişdən sonra baş vermiş hücumlar nəticəsində 6 min insan öldürülüb.

 

Qeyd edək ki, 2013-cü ilin martında Afrika ölkəsində Seleka qrupunun lideri Mişel Cotodia dövlət başçısı Fransua Bozizeni devirdikdən sonra xristian “Anti-Balaka” silahlı qruplaşması ölkədə bütün müsəlmanlara hücuma başlamışdı.

 

Trend/az