Ermənistanın hərbi əməliyyatlar nəticəsində Azərbaycana vurduğu ziyanın beynəlxalq standartlara uyğun qiymətləndirilməsinə başlanılıb

Posted by

Ermənistanın hərbi əməliyyatlar nəticəsində Azərbaycana vurduğu ziyanın beynəlxalq standartlara uyğun qiymətləndirilməsinə başlanılıb

Ermənistanın hərbi əməliyyatlar nəticəsində Azərbaycana vurduğu ziyanın beynəlxalq standartlara uyğun qiymətləndirilməsinə başlanılıbErmənistanın hərbi əməliyyatlar nəticəsində Azərbaycana vurduğu ziyanın beynəlxalq standartlara uyğun qiymətləndirilməsinə başlanılıb

Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mədəni itkilərin beynəlxalq standartlara uyğun ənənəvi bazar dəyəri ilə qiymətləndirilməsinə başlanılıb. Bu barədə Trend-ə Nazirlər Kabinetinin sərəncamı ilə bu məqsədlə bu ilin oktyabr ayında yaradılmış İşçi qrupunun rəhbəri, Milli Məclisin deputatı professor Xanhüseyn Kazımlı bildirib.
X.Kazımlı deyib ki, 15 nəfərdən ibarət İşçi qrupu 1996-cı ildə ümummilli lider Heydər Əliyevin imzası ilə yaradılan Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyanın nəzdində fəaliyyət göstərəcək: “Bu İşçi qrupu iki ilə yaxındır ki, könüllülərdən ibarət heyətlə fəaliyyət göstərirdi. Həmin heyətlə fəaliyyət nəticəsində bu ilin martında Naxçıvan Muxtar Respublikasından Sədərəkdə erməni işğalı nəticəsində vurulan ziyanla bağlı 5976 təsdiqlənmiş sənəd daxil olub”.
Avrasiya Qiymətləndiricilər Birlikləri İdarə Heyətinin üzvü olan X.Kazımlı vurğulayıb ki, İşçi qrupunun fəaliyyəti zamanı Fransa, Gürcüstan, Almaniya və Rusiyanın arxivlərindən istifadə edilərək Dağlıq Qarabağda ötən əsrin ortalarında sənədləşdirilən təbii sərvətlər barədə məlumatlar toplanacaq. Millət vəkili deyib ki, hesablamaların aparılmasına beynəlxalq ekspertlər də dəvət ediləcək, çünki beynəlxalq qiymətləndirmə standartlarına istinad olunmalıdırr: “Avropa Qiymətləndiricilər Assosiasiyasının və digər beynəlxalq təşkilatların sənədləri bir daha təsdiqləyir ki, müxtəlif ölkələrin təcrübəsindən irəli gələrək, Azərbaycanın dəymiş ziyana görə təzminat tələb etmək hüququ var”.
X.Kazımlı qeyd edib ki, bütün vurulmuş ziyanın Beynəlxalq Qiymətləndirmə Standartlarına əsaslanan ənənəvi bazar dəyəri ilə qiymətləndirilməsi müxtəlif təsnifatlar üzrə aparılacaq: “Beynəlxalq Qiymətləndirmə Standartları əsasında hesablamalar aparılacaq və müvafiq təqdimatlar keçiriləcək. Misal üçün, Azərbaycanın ekologiyasına təsir edən amillərin 60 faizə qədəri işğal altındakı ərazilərdə formalaşır. Yəni Ermənistan Azərbaycana qarşı ekoloji terror törədir. Digər məsələ, Dağlıq Qarabağ münaqişəsi zamanı yüz minlərlə şəxsin tədrisinin pozulması baş verib ki, bu da Azərbaycanın intellektual bazasına Ermənistanın işğalçı siyasəti nəticəsində böyük ziyanın vurulması deməkdir. Beynəlxalq Qiymətləndirmə Standartlarının metodikalarında bu da hesablanır. Həmçinin, münaqişə zonası minalanıb və donor ölkələrə müraciət edilməlidir ki, minalanmış ərazilərin təmizlənməsinə yardım etsinlər”.
İşçi qrupunun fəaliyyəti üçün aidiyyəti dövlət orqanlarının, bu sahədə təcrübəsi olan yerli, beynəlxalq təşkilat və maliyyə qurumlarının ekspertizası və ekspertləri cəlb olunacaq. İşçi qrupu fəaliyyəti ilə bağlı görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim edəcək.
Dövlət Komissiyası müvafiq qiymətləndirmə ilə bağlı yekun hesabatı Azərbaycan Nazirlər Kabinetinə təqdim etdikdən sonra İşçi qrupunun fəaliyyətinə xitam veriləcək.