Polad Bülbüloğlu: Rusiya təşəbbüs irəli sürərsə, Azərbaycan viza rejiminin tətbiqinə hazırdır

Posted by

Polad Bülbüloğlu: Rusiya təşəbbüs irəli sürərsə, Azərbaycan viza rejiminin tətbiqinə hazırdır

Polad Bülbüloğlu: Rusiya təşəbbüs irəli sürərsə, Azərbaycan viza rejiminin tətbiqinə hazırdırPolad Bülbüloğlu: Rusiya təşəbbüs irəli sürərsə, Azərbaycan viza rejiminin tətbiqinə hazırdır

Rusiya qonşu dövlətlərə qarşı viza rejimini tətbiq etmək barədə təşəbbüs irəli sürəcəyi halda, Azərbaycan viza rejimini tətbiq etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın Rusiyadakı səfri Polad Bülbüloğlu deyib:
“Mən burada ciddi problem görmürəm. Hazırda iki ölkənin vətəndaşları xarici pasportlar vasitəsilə Azərbaycan və Rusiyaya səfər edirlər. Bir möhür az və ya çox olması elə də ciddi problem deyil”.
Onun sözlərinə görə, bu barədə Rusiya tərəfinə rəsmən bəyan edib: “Rusiya belə təşəbbüs irəli sürərsə, Azərbaycan qısa müddət ərzində bu məsələyə baxaraq həll edəcək”.