Azərbaycanın birinci xanımı Mehriban Əliyeva III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində görüşlər keçirib

Posted by

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində görüşlər keçirmişdir. Birinci xanım Mehriban Əliyeva əvvəlcə Latviyanın sabiq prezidenti Valdis Zatlersin xanımı Lilita Zatlere ilə görüşdü.

Mehriban xanım Əliyeva xanım Lilita Zatlereni yenidən Bakıda görməkdən məmnun olduğunu bildirdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyəti vurğulandı, bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olundu.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən “Dər əl-Əsər Əl-İslamiyyə” – İslam abidələri Fondunun direktoru şeyxə Hussa Sabah Əl-Səlim əl-Sabahla da görüşdü.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti, mədəniyyətlərarası dialoqun xalqların və ölkələrin əlaqələrinin inkişafında rolu vurğulandı.