“Azərbaycanın 2014-2016-cı illər üçün fəaliyyət planı”nın icrasına start verilib

Posted by

"Azərbaycanın 2014-2016-cı illər üçün fəaliyyət planı"nın icrasına start verilib

“Azərbaycanın 2014-2016-cı illər üçün fəaliyyət planı”nın icrasına start verilib

"Azərbaycanın 2014-2016-cı illər üçün fəaliyyət planı"nın icrasına start verilib

Bu gün Bakıda Avropa Şurasının baş katibi Torbyorn Yaqland və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov “Azərbaycanın 2014-2016-cı illər üçün fəaliyyət planı”nın icrasına start veriblər. Bu barədə Trend Avropa Şurasının rəsmi saytına istinadən xəbər verir.

Avropa Şurası Nazirlər Komitəsi tərəfindən aprelin 16-da qəbul olunan fəaliyyət planı Azərbaycana qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa standartlarına uyğunlaşdırmaqda kömək etmək üçün bir vasitədir.

Fəaliyyət planı insan haqları sahəsində, həmçinin söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı və korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra layihələri təşviq edəcək.

 

Trend.az