Azərbaycandan Bosniya və Herseqovinada təbii fəlakətdən zərər çəkmiş insanlara göndərilən humanitar yardım bu ölkənin müvafiq qurumlarına təhvil verilmişdir

Posted by

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Bosniya və Herseqovinaya təbii fəlakətdən zərər çəkmiş insanlara təyyarə ilə humanitar yardım göndərmişdir.

FHN-in Maddi-Texniki Təchizat İdarəsinin rəisi Amal Teymurov bildirmişdir ki, Bosniya və Herseqovinada baş vermiş sel daşqınlarından zərər çəkmiş insanlar üçün Prezident İlham Əliyevin göstərişi əsasında Azərbaycan tərəfindən humanitar yardım yola salınmışdır. Yardıma 12 motorlu qayıq, 260 müxtəlif ölçülü çadır, 300 səhra yataq dəsti, 40 generator, 1500 ədyal, 20 su pompası və digər zəruri materiallar daxildir.

Gecə saatlarında FHN-ın ayırdığı yardımla yüklənmiş təyyarə Bosniya və Herseqovinaya enmişdir. Təyyarəni Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin kabinetinin rəhbəri Bakir Sadoviç və yüksək səviyyəli rəsmilər qarşılamış, bu ölkənin məşhur mətbuat orqanları Azərbaycan tərəfindən göstərilən dəstəyi geniş işıqlandırmışdır.

Daha sonra yardımlar FHN-ın əməkdaşları tərəfindən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin iştirakı ilə müvafiq qurumlara təhvil verilmişdir.

Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri, eləcədə Birləşmiş Millətlər Təşkilatının bu ölkədəki rezident əlaqələndiricisi Yuri Afanasyev təbii fəlakətlə bağlı Azərbaycandan göndərilən yardımlara görə xüsusi minnətdarlıqlarını ifadə etmişlər.

AzərTac.az