Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşmüşlər

Posted by

Mayın 20-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşlər.

AzərTAc xəbər verir ki, görüşdə çıxış edən komitənin sədri Əli Hüseynli hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fəaliyyəti haqqında məlumat vermişdir. O, bildirmişdir ki, həmməruzəçilərlə komitə üzvlərinin görüşləri artıq ənənə halını almışdır və bu təsadüfi deyildir. Belə ki, insan hüquqları ilə bağlı hüquqi baza məhz bu komitə tərəfindən hazırlanır. Bu görüşlər də birgə işə öz töhfəsini verəcəkdir.

Görüşdə regionda vəziyyət, insan hüquqlarının pozulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Avropa Şurasının münaqişənin həlli ilə bağlı gördüyü işlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda komitənin üzvləri qonaqları maraqlandıran sualları cavablandırmışlar.

AzərTac.az