Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində səylər artırılacaq

Posted by

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Yusif bin Tarrad Əl-Sədanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu ifadə edərək, iqtisadi, ticarət və sərmayələr sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərin daha da artırılmasının vacibliyini qeyd edib.

Yusif bin Tarrad Əl-Səda Səudiyyə Ərəbistanının təşəbbüsü ilə mayın ayında Ər-Riyadda keçiriləcək Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan forumunun çoxtərəfli və ikitərəfli əsasda ölkələrimiz arasında əlaqələrin inkişafına əlavə təkan verəcəyini deyib.

E.Məmmədyarov İqtisadiyyat və Sənaye Nazirliyinin də nümayəndəsi daxil olmaqla, rəhbərlik edəcəyi nümayəndə heyətinin Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan forumunda iştirak edəcəyini vurğulayıb.

Görüş əsnasında iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Trend.az