Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin İğdır vilayətinin valisi ilə görüşmüşdür

Posted by

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin İğdır vilayətinin valisi ilə görüşmüşdür

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin İğdır vilayətinin valisi ilə görüşmüşdür

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin İğdır vilayətinin valisi ilə görüşmüşdür

Mayın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin İğdır vilayətinin yeni valisi Davut Haner ilə görüşmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonağı səmimiyyətlə salamlayan Ali Məclisin Sədri ona yeni vəzifəsində uğurlar arzulamışdır.

Muxtar Respublikanın yaranmasının 90 illiyi münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdıran Davut Haner ilk dəfə 2001-ci ildə Naxçıvanda olduğunu, ötən müddətdə respublikanın sürətlə inkişaf etdiyini bildirmişdir. Əldə olunan inkişafı Azərbaycanda uğurla həyata keçirilən siyasi xəttin bəhrəsi kimi dəyərləndirən vali fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə çalışacağını vurğulamış, səmimi qəbula görə minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri Azərbaycan-Türkiyə münasibətlərinin uğurla inkişaf etdiyini bildirmiş, möhkəm təməllər üzərində qurulan siyasi və iqtisadi əlaqələrin məmnunluq doğurduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, qardaş ölkələr arasındakı əlaqələr istər regional, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilir. Eyni zamanda, Azərbaycan və Türkiyənin sürətli inkişafı hər iki ölkənin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir.

Ali Məclisin Sədri Türkiyənin yaxın bölgələri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin əhəmiyyətini də diqqətə çatdırmış, münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Əli Rza Akıncı görüşdə iştirak etmişdir.

 

AzərTac.az