Azərbaycan Ombudsmanı Pakistanda keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir

Posted by

Azərbaycan Ombudsmanı Pakistanda keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir

Azərbaycan Ombudsmanı Pakistanda keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir

Azərbaycan Ombudsmanı Pakistanda keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Pakistanın İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Ombudsman institutlarının şəbəkələşməsinə dair birinci konfransda iştirak etmişdir.

Ombudsman Aparatının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, İƏT-ə üzv olan dövlətlərin Ombudsman institutlarının nümayəndələrinin iştirak etdikləri beynəlxalq konfrans “Bilik, təcrübə və ideya mübadiləsi ilə İƏT üzv dövlətlərində Ombudsman institutlarının gücləndirilməsi” mövzusuna həsr olunmuşdur.

Konfransın açılış mərasimində çıxış edən Pakistanın Prezidenti Məmnun Hüseyn konfransın səmərəliliyini və əhəmiyyətini qeyd etmiş, tədbirin məhsuldar keçməsini arzulamışdır.

Beynəlxalq tədbirin “Dəyişiklikləri qəbul edək”, “Müasirləşmə, əməkdaşlıq və qarşılıqlı əlaqə” adlı iki mövzuya dair plenar iclaslarında “İƏT ölkələrinin omudsmanlarının yüksək beynəlxalq təcrübə islahatları təşəbbüslərinin qəbul olunması”, “Bilik, təcrübə və ideya mübadiləsi məqsədilə institusional çərçivənin yaranması” və başqa bu kimi mövzularda məruzələr dinlənilmişdir.

 

E.Süleymanova konfransın 1-ci plenar iclasında “Bilik, təcrübə və ideya mübadiləsi vasitəsilə Ombudsman institutlarının gücləndirilməsi” mövzusunda çıxış etmişdir. O, ölkəmizdə gedən inkişaf proseslərindən söhbət açmış, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal edildiyini, insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulmuş bir milyon azərbaycanlının öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, minlərlə yaşayış məntəqəsinin, təhsil, səhiyyə və digər ictimai obyektlərin, habelə İslam mədəni irsi və tarixi, dini abidələrin məhv edildiyini söyləmişdir.

Müvəkkil İƏT-in yaranmasının 45 illiyi münasibətilə bütün üzv dövlətləri təbrik edərək, bu dövlətlərdə milli insan hüquqları təsisatlarının şəbəkələşməsinin zəruriliyi və perspektivləri haqqında danışmış, prosesin Ombudsman institutlarının inkişafına böyük təsir göstərəcəyini vurğulamışdır.

Elmira Süleymanova türkdilli ölkələrin ombudsmanlarının şəbəkəsinin yaranmasının zəruriliyini söyləyərək, müvafiq təkliflər irəli sürmüşdür.

Konfransın bağlanış mərasimində yekun nitqlə çıxış edən insan hüquqları üzrə müvəkkil bu konfransda qəbul olunmuş Bəyannamənin və işçi sənədinin səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulamış, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən bütün təsisatların həmin sənədlərin icrasında fəal olmağa çağırmışdır.

Səfər çərçivəsində müvəkkil Pakistanın Federal Ombudsmanı İnstitutuna baş çəkərək, təsisatın fəaliyyəti ilə tanış olmuşdur.

Sonda Pakistan Federal Ombudsmanı E.Süleymanovaya xatirə döş nişanı və təsisatın loqosunu əks etdirən xatirə medalı təqdim etmişdir.

 

AzərTac.az