“Sovetski”də qeyri-qanuni ticarət obyekti kimi istifadə edilən mənzillərin sahiblərinə 1 kv. m üçün 1500 manat təklif edilir

Posted by

“Əgər “Bakının “Sovetski” məhəlləsində hər hansı ticarət obyekti Əmlak Məsələləri Dövlət Komitəsində ticarət obyekti kimi özəlləşdirilməyibsə, sadəcə, mənzildən ticarət obyekti kimi istifadə edilirsə, həmin obyektlərin sahiblərinə 1 kv. m üçün 1500 manat təklif edilir”.

Bunu APA-ya açıqlamasında Bakının “Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı yaradılmış Köçürmə Komissiyasının üzvü, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov söyləyib.

Köçürmə Komissiyasının üzvü bu istiqamətdə müraciətlərin daxil olduğunu bildirib. Əmlak Məsələləri Dövlət Komitəsində ticarət obyekti kimi özəlləşdirilən obyektlərə gəlincə, S.İslamov deyib ki, Nazirlər Kabineti bu ticarət obyektlərinin sahiblərinə obyektlərində 1 kv. m üçün ödəniləcək vəsaiti hələlik müəyyənləşdirərək təsdiqləməyib. Onun sözlərinə görə, Köçürmə Komissiyasına hələ belə ticarət obyektlərinin sahiblərindən də müraciət daxil olmayıb.

S.İslamov Köçürmə Komissiyası üçün hazırda ən aktual məsələnin mənzillərlə bağlı olduğunu vurğulayıb.

Apa.az