Zakir Qaralov Cəlilabadda beş rayonun sakinlərini qəbul edəcək

Posted by

Zakir Qaralov Cəlilabadda beş rayonun sakinlərini qəbul edəcək

Zakir Qaralov Cəlilabadda beş rayonun sakinlərini qəbul edəcək

Zakir Qaralov Cəlilabadda beş rayonun sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov mayın 16-da saat 11:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, İmişli və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Cəlilabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 

Trend.az