DSMF yeni elektron xidmətini təqdim edib

Posted by

DSMF yeni elektron xidmətini təqdim edib

DSMF yeni elektron xidmətini təqdim edib

DSMF yeni elektron xidmətini təqdim edib

Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni elektron xidmətin təqdimatı keçirilib.

 

“APA-Economics”in məlumatına görə, tədbirdə fondun şöbə müdiri Məmməd Nuriyev məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmət haqda çıxış edib.

 

O, bildirib ki, yeni xidmət 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-ə təqdim olunmasını nəzərdə tutur. Belə ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləlik və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətlə bağlı elektron xidmətdən istifadə etmək üçün qeyd edilən müavinət üzrə ayrıca proqram təminatı hazırlanıb. Bu proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb.

 

Qeyd edək ki, 2013-cü ildə icbari dövlət sosial sığorta haqları hesabına 210 mindən çox şəxsə müavinət ödənilib.

 

Apa.az