Zakir Həsənov Litva səfirini qəbul edib

Posted by

Zakir Həsənov Litva səfirini qəbul edibZakir Həsənov Litva səfirini qəbul edib

Zakir Həsənov Litva səfirini qəbul edib

Müdafiə naziri Litva Respublikasının ölkəmizdəki səfirini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Valdas Lastauskası qəbul edib.

Müdafiə naziri səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Trend/az