Zakir Həsənov israilli həmkarı ilə görüşüb

Posted by

Zakir Həsənov israilli həmkarı ilə görüşübZakir Həsənov israilli həmkarı ilə görüşüb

Zakir Həsənov israilli həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Moşe Yaalonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz da iştirak edib.

 

Trend.az