İyunun 5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti keçiriləcək

Posted by

İyunun 5-də Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 4-cü zirvə toplantısı keçiriləcək.

APA-nın “Star” qəzetinə istinadən verdiyi xəbərə görə, sammitdə Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan prezidentləri – Abdulla Gül, İlham Əliyev, Almazbek Atambayev, Nursultan Nazarbayev və Qurbanqulu Berdimuhammedov iştirak edəcəklər.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bildirib ki, Bodrum sammitində türk dünyası üçün tarixi addımlar atılacaq. O deyib ki, türk diasporunun beynəlxalq arenada mövqelərinin gücləndirilməsi və yaşadıqları ölkələrdə təsir dairəsinin artırılması üçün diaspora mərkəzlərinin qurulmasına qərar veriləcək: “Ortaq fəaliyyət strategiyasının daha da inkişafı, təhsil, iqtisadi əməkdaşlıq, ortaq türk televiziyasının yaradılması diqqətdə olacaq. Bundan başqa, Vaşinqton, Paris və Berlində olmaqla, üç regional mərkəz açılacaq”.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü zirvə toplantısı ötən ilin avqust ayında Azərbaycanın Qəbələ şəhərində keçirilib.

Apa.az