YARAT! “Love Me, Love Me Not” sərgisini təşkil edir

Posted by

YARAT! "Love Me, Love Me Not" sərgisini təşkil edir

 

YARAT! “Love Me, Love Me Not” sərgisini təşkil edir

YARAT! "Love Me, Love Me Not" sərgisini təşkil edir

 

“Love Me, Love Me Not”

Azərbaycanın və qonşu ölkələrinin Müasir İncəsənəti

Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan

4 aprel – 25 may 2014

Faiq Əhməd, Şoca Azəri, Əli Bənisədr, Əli Həsənov, Orxan Hüseynov, Taus Maxaçeva, Fərhad Moşiri, “Slavyanlar və Tatarlar” rəssamlar qrupu və digər seçilən incəsənət xadimləri.

Fərid Rəsulov, “Memarlıq dixotomiyası” silsiləsindən “Adsız #1” əsəri, 2013-cü il, şəkil müəllif və Bakıda yerləşən “YAY” Sərgi Salonu tərəfindən təqdim olunub.

“Love Me, Love Me Not” Azərbaycanın və qonşu ölkələrinin müasir incəsənət əsərlərini nümayiş edən sərgidir. Sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın son illərdə yaratdığı əsərlər nümayiş olunacaq. Bakıda yerləşən və müasir incəsənət sahəsində fəaliyyət göstərən “YARAT” qeyri-hökümət təşkilatı tərəfindən təşkil olunan və dəstəklənən və kuratoru xanım Dina Naseri-Xadivi olduğu bu tədbir 2014-cü ilin 3 aprel-25 may tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.

Əsərləri nümayiş olunan rəssamlar:

Faiq Əhməd (Azərbaycan)

Rəşad Ələkbərov (Azərbaycan)

Əfruz Amiqi (İran)

Şoca Azəri (İran)

Rəşad Babayev (Azərbaycan)

Mahmud Baxşi (İran)

Əli Bənisədr (İran)

Əli Həsənov (Azərbaycan)

Orxan Hüseynov (Azərbaycan)

Sitara İbrahimova (Azərbaycan)

Aida Mahmudova (Azərbaycan)

Taus Maxaçeva (Rusiya)

Fərhad Moşiri (İran)

Fərid Rəsulov (Azərbaycan)

“Slavyanlar və Tatarlar” qrupu (“Avrasiya”)

İliko Zautaşvili (Gürcüstan)

Xanım Dina Naseri-Xadivinin dediyinə görə: “Bu sərgidə nümayiş olunan hər bir əsər tamaşaçılara pavilyonda təqdim olunan ölkələrin sənətinə yeni baxış nöqtəsi bəxş edir və əhatə olunan mövzular barədə daha dərin biliklərlə paylaşmağa çalışır. Ayrıca bir sərgidə bu cür rəssamların ərsəyə gətirdiyi işlərin nümayişi son nəticədə bizim hamımızın tarixi və coğrafiyanı nə dərəcədə düzgün qavradığımızı sorğu-sual edir”.

Sərgidə videoçarxlar, instalyasiyalar və rəngkarlıq əsərləri daxil olmaqla, müxtəlif materiallardan hazırlanmış və müxtəlif mövzuları əhatə edən işlər təqdim olunur. Nümayiş olunan əsərlər sırasında tarixi hadisələri əks etdirən və ya müəyyən məkanla bağlı işlər, habelə şəxsi təəsüratlar nəticəsində yaradılan nümunələr var.

Rəssam Faiq Əhmədin yaratdığı əsərlərin əsas mövzusu Azərbaycan xalçalarına xas olan süjetlərdir. O, həmin süjetləri, Azərbaycanın müasirlik istiqamətində sıçrayışını xüsusən vurğulamaqla, yeni tərzdə yaradır. Onun 2012-ci ildə yaratdığı “Adsız” adlı iplər instalyasiyası ənənəvi toxuma texnologiyalarına olan baxışları alt-üst edərək, vərdiş etdiyimiz ikiölçülü xalça müstəvisini üçölçülü məkana çevirir.

Bu günədək yaratdığı ən iddialı əsərdə-xüsusi sifarişlə çəkilən filmdə-rəssam Şoca Azəri Xİİ-ci əsrdə Nizami Gəncəvinin yazdığı “Həft Peykar” (“Yeddi Gözəl”) romantik poemanı yaddaşda canlandırır. “Yeddi Gözəl” adlı eyhamlı poemanın əsas mövzusu bəşəriyyətin maarifləndirməsində istifadə olunan özünü dərketmədir.

Rəssam Əli Bənisədr sərgidə nümayiş etmək üçün özünün bu günədək yaratdığı ən böyük əsərini gətirib. Əsər hər bir mövzunu əhatə edən, Atəş və Nur simvolizminə əsaslanan triptix formatında işlənərək hazırlanıb. Vaxtilə həm Azərbaycanda, həm də İranda yayılmış bu ünsürlər, habelə fars dilində “Atəşin Keşikçiləri” mənasını verən “Azərbaycan” sözünün özü də Zərdüştiliyin regionda bərgərar olunması ilə bağlı nişanələrdir. Boyalardan və rəngkarlıq texnikasından məharətlə istifadə edən rəssam uşaqlıqdan xatirələrində həkk olunan obrazları, özünəməxsus tarixi dərk etmə üsullarını və gündəlik həyatla bağlı müşahidələrini kətan üzərinə keçirdir. Bu zaman o, hərəkət, enerji və mücərrədlik kimi məziyyətləri izhar edərək bəşəriyyətə məxsus olan və bəsirət gözü ilə görünən əlamətləri canlandırır. Əli Bənisədrin ərsəyə gətirdiyi əsərlər bir çox dövlət müzeylərinin, o cümlədən, Nyu-Yorkun “Metropoliten” İncəsənət Muzeyinin, Los-Anceles Müasir İncəsənət Muzeyinin, “Saatçi” Sərgi Salonunun və Londonda yerləşən Britaniya Muzeyinin kolleksiyalarında saxlanılır.

Azərbaycanlı rəssam Əli Həsənov gündəlik istifadə etdiyimiz əşyalara yeni məna əta edir. Onun 2012-ci ildə yaratdığı “Sahiblər” adlı əsərində keçmiş Sovet məkanında geniş yayılmış, təmizlik aləti olan yüzlərlə süpürgə bir-birilə birləşdirilərək heykəltəraşlıq kompozisiyanı təşkil edirlər.

Rəssam Taus Maxaçeva 2012-ci ildə Liverpul Biennalesində nümayiş olunan və Böyük İpək yolunda yerləşən tərk edilmiş şəhər Qamsutl haqqında eyni adlı filmi təqdim edəcək. Filmdə çəkilmiş baş qəhrəman rəqs edərək hazırda qismən tərk edilmiş şəhərin görüntülərini tamaşaçının nəzərinə çatdırır.

“Slavyanlar və Tatarlar” rəssamlar qrupunun 2012-ci ildə təbii ölçüdə yaratdığı “Molla Nəsrəddin-Antimodernist” adlı heykəltəraşlıq əsəri Xİİİ-cü əsrdə yaşamış məşhur Sufi filosofu haqqında bəhs edir və həm böyüklər, həm də uşaqlar üçün müəyyən mənada “oyun meydançası” rolunu oynayır. Tamaşaçıların iştirakını nəzərdə tutan əsəri yaratmaqla, müəlliflər sadə yumor hisslərini işə salaraq, səxavət və iştirakçılıq kimi məziyyətləri bir daha vurğulamış olurlar. Bundan başqa, XX-ci əsrin əvvələrində yaradılan Azərbaycanın əfsanəvi satirik personajı Molla Nəsrəddin nəinki milli mənliyin formalaşmasına təsir edib, o, həmçinin, mətbuatın gücünü nümayiş etdirməyə müvəffəq olub. Yaratdıqları “Love Me, Love Me Not” instalyasiyada müəlliflər məsələnin ziddiyətli mahiyyətini aşkar etmək məqsədilə ikincidərəcəli məqamlardan imtina edirlər- bölgədə vaxtaşırı özünü biruzə verən təkamülü izhar edən və uşaqların bir-birilə dalaşmasına bənzəyən ənənələr uğrunda döyüş bütün nəhəng şəhərləri əhatə edir. Bu məsələ keçirilən sərginin əsas mövzusunu təşkil edir.

Azərbaycanın və qonşu ölkələrinin rəssamlarını bir tədbirdə toplayaraq, “Love Me, Love Me Not” sərgisi qeyd olunan ölkələrin müasir incəsənətinə dair yeni nöqteyi-nəzəri təqdim edir.

Kataloq:

Redaktorları tədbirin kuratoru xanım Dina Naseri-Xadivi və Fərəh Rəhim İsmayıl olan kataloqun hazırlanmasında aşağıda qeyd olunan mütəxəssislər iştirak edib:

Nəda Rəza, “Teyt Modern” Sərgi Salonunun kurator köməkçisi

Nikolas Kullinan, “Metropoliten” İncəsənət Muzeyinin Müasir və Modern İncəsənəti üzrə kurator

Nigar Əzimi, yazıçı və “Bidoun Projects” buraxılışların baş redaktoru

Monika Steynberq, aspirant, Nyu-York Şəhər Universitetinin aspiranturası

Suad Qarayeva, yazıçı ,Rusiya, Mərkəzi Asiya və Qafqaz ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis.

“Slavyanlar və Tatarlar”- Berlin Divarından şərqə doğru və Böyük Çin Səddindən qərbə doğru yerləşən və “Avrasiya” adı ilə tanınan məkanda qələm münaqişəsi və yaxın dostluq fəaliyyəti ilə məşğul olan fraksiyadır. Rəssamlar qrupunun fəaliyyəti müxtəlif incəsənət istiqamətlərini və texnologiyalarını, yuxarı və aşağı səviyyəli dövlət reyestrində əks olunan qeydləri, habelə son zamanlar unudulan Slavyanlar, Qafqazlılar və Mərkəzi Asiyalıların qarşılıqlı təsiri mövzusunu əhatə edir.

“Love Me, Love Me Not” Azərbaycanda müasir incəsənətinin inkişafı və dəstəklənməsi ilə məşğul olan, qeyri-kommersiya əsaslarında fəaliyyət göstərən “YARAT” Müasir İncəsənət Təşkilatının layihəsidir.

“YARAT” Müasir İncəsənət Təşkilatı haqqında:

2011-ci ildə Aidə Mahmudova tərəfindən təsis edilən “YARAT” Müasir İncəsənət Təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və cəmiyyət tərəfindən mənimsənməsi ilə məşğul olan, habelə Azərbaycan incəsənətinin ölkədə və xaricdə təqdim olunması sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.

Bakıda yerləşən və adı “yaratmaq” sözündən əmələ gələn təşkilatın əsas fəaliyyətləri sırasında sərgiləri, təhsil tədbirlərini və festivalların keçirilməsini qeyd etmək olar. “YARAT” təşkilatı fondlar, sərgi salonları və muzeylər daxil olmaqla, yerli və beynəlxalq rəssamlar şəbələri arasında dialoqun təşviqi və təcrübə mübadiləsinin aparılması ilə məşğuldur. Təşkilatın həyata keçirdiyi bir sıra xarici təhsil proqramları sayəsində rəssamlar beynəlxalq mədəniyyət dialoqunda iştirak edib xarici tərəfdaşları ilə əməkdaşlıq əlaqələrini qura bilər.

Təşkilatın təhsillə bağlı təşəbbüsləri mühazirələr, seminarlar, məşğələlər və gənc rəssamlar üçün nəzərdə tutulmuş və adı “artmaq” sözündən yaranan “ARTIM” proqramı kimi fəaliyyətləri əhatə edir. “YARAT” təşkilatı istedadlı yeniyetmə azərbaycanlıları incəsənət sahəsində karyera qurmağa sövq edir və fəaliyyətə yeni başlamış rəssamlara öz əsərlərini peşəkar səhnədə nümayiş etdirməyə imkan verir.

Yerli incəsənət infrastrukturunu inkişaf etdirmək öhdəliyini yerinə yetirərək, təşkilat kommersiya əsaslarında fəaliyyət göstərən “YAY” Sərgi Salonunu təsis edib. Adı “yaymaq” felindən əmələ gələn “YAY” Sərgi Salonu nümayişlərdən və satışlardan əldə olunan gəlirləri rəssamla “YARAT” arasında bölüşdürür və, beləliklə, bir çox yerli və xarici rəssamların fəaliyyətlərinə dəstək vermiş olur.

Kurator haqqında:

Xanım Dina Naseri-Xadivi Yaxın Şərq, İran və Qafqazın bəzi bölgələrinə xas olan müasir incəsənət sahəsində ixtisaslaşan müstəqil kurator və məsləhətçidir. Karyerasına başlayanda XİX-XX əsrlərin Şərq incəsənəti mütəxəssisi olan Dina, 2006-cı ildən etibarən Yaxın Şərq və İran müasir incəsənəti ilə işləyir. Bu sahədə o, bir sıra ictimaiyyələşmə tədbirlərini, o cümlədən, 2010-cu ilin payızında Nyu-Yorkda yerləşən Solomon R. Quqqenhaym Muzeyində, Hyustonun Təsviri İncəsənət Muzeyində və Los-Anceles Müasir İncəsənət Muzeyində təşkil olunan “İranın Modern və Müasir İncəsənət Dünyasına Giriş” adlı simpoziumu keçirmişdi. Fərdi kolleksiyaların kuratorluğu və aparıcı incəsənət təsisatlara məsləhət xidmətlərin göstərilməsi kimi fəaliyyətlərlə məşğul olan xanım Naseri-Xadivi, əsasən Nyu-York, London, Cenevrə və Dubay şəhərlərində işləyir.

Son üç ildə Dina Qafqaz incəsənəti ilə maraqlanmağa başlayıb, bunun da başlıca səbəbi Azərbaycan xalqın və mədəniyyətin onun doğma diyarı olan İrana yaxınlığı və onun Bakıda formalaşan incəsənət sahəsinə bağlılığıdır.

Tədbirin Sponsorları:

Bir çox brend sahibi və istehlak malları ilə bazarı təchiz edən şirkət

Azərbaycanın əsas şirə brendi

Tədbirdə iştirak edən rəssamların tərcümeyi-halları:

1982-ci ildə anadan olan Faiq Əhməd Azərbaycanda və qonşu ölkələrdə divar və döşəməüstü bəzək əşyaları qismində hələ də istifadə olunan və incəsənət əsərləri olan Azərbaycan xalçalarının mahiyyətcə yeni strukturunu və təməl prinsiplərini formalaşdıran Azərbaycan rəssamıdır. İkiölçülü işləri heykəltəraşlıq və məkan obyektlərinə çevirərək və yaratdığı xalçalarda yunla şüşə liflərini qarışdıraraq, rəssam məşhur incəsənət əşyalarına yeni baxış əta edir.

2004-cü ildə Azərbaycan Dövlət İncəsənət Akademiyasını bitirdikdən sonra Faiq Əhməd 2007-ci ildə 52-ci Venesiya Biennalesində ilk dəfə iştirak edən Azərbaycanı təmsil etmişdi. Onun ərsəyə gətirdiyi seçilən əsərlər 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində, 2012-2013-cü illərdə Londonda, Parisdə, Berlində, Moskvada və Romada təşkil olunan “Bakıya uçuş” sərgisində, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliyinin Şərcə şəhərində təşkil olunan Şərcə İslam İncəsənəti Festivalında, 2012-ci ildə Bakının Müasir İncəsənət Muzeyində, 2012 Baku Public Art Festivalında, 2008-ci ildə Almaniyanın Drezden şəhərinin Kunsthalle im Lipsiusbau sərgi salonunda, 2007-ci ildə 52-ci Venesiya Biennalesində Azərbaycan pavilyonunda və 2006-cı ildə Moskvada yerləşən Müasir İncəsənət üzrə Qafqaz Milli Mərkəzində nümayiş olunub.

Faiq Əhməd Azərbaycanda yaşayır və fəaliyyət göstərir.

1979-cu il təvəllüdlü rəssam Rəşad Ələkbərov tamaşaçının təsəvvür etdiyi gözləntiləri ilə oynamaq və mədəniyyət məsələlərini xatırlamaq məqsədilə qurduğu instalyasiyalarda bir-birinə uyğun gəlməyən əşyalardan və rəngli kölgələrdən istifadə edir. 55-ci Venesiya Biennalesində o, millətin tarixini, mənliyini və təkamülünü əks etdirən və 70 il ərzində üç dəfə dəyişdirilən Azərbaycan əlifbasının inkişafı barədə bəhs edən instalyasiyanı təqdim etmişdi.

2001-ci ildə Azərbaycan Dövlət İncəsənət Akademiyasını bitirdikdən sonra Rəşad Ələkbərov 2007-ci ildə Azərbaycanı 52-ci Venesiya Biennalesində təmsil etmək üçün seçilmişdir. Onun seçilən əsərləri 55-ci Venesiya Biennalesində, 2013-cü ildə təşkil olunan”Love Me, Love Me Not” sərgisinin Azərbaycan pavilyonunda, 2012-2013-cü illərdə Londonda, Parisdə, Berlində, Moskvada və Romada təşkil olunan “Bakıya uçuş” sərgisində, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliyinin Şərcə şəhərində təşkil olunan Şərcə İslam İncəsənəti Festivalında, 2012-ci ildə Bakıda təşkil olunmuş “YARAT” Müasir İncəsənət Təşkilatının sərgisində, 2010-cu ildə Kopenhagenin “Den Frie” Müasir İncəsənət Mərkəzində və 2007-ci ildə təşkil edilən 52-ci Venesiya Biennalesində Azərbaycan pavilyonunda nümayiş olunub.

Rəşad Ələkbərov Azərbaycanda yaşayır və fəaliyyət göstərir.

1974-cü il təvəllüdlü Əfruz Amiqi öz multimediya instalyasiyalarını yaradarkən tarixi mövzulara istinad edir. O, istər mədəniyyət xüsusiyyətlərinə bələd bir insan kimi , istərsə də tam kənar bir şəxs kimi İranın vizual mədəniyyəti ilə bağlı dərin və tənqidi biliklərə malikdir. Onun xüsusi olaraq 55-ci Venesiya Biennalesi üçün yaratdığı və bu günədək ən böyük əsəri Venesiya Biennalesinə xas olan mədəniyyətlər yolayrıcına və Avrasiya mədəniyyət mübadiləsinə həsr olunub. Cəlaləddin Ruminin hekayəsində təsvir olunan Çin və Yunan rəssamlar arasında keçirilən müsabiqəyə əsaslanan əsər özündə sudan, kölgədən və memarlıq bəzəklərdən ibarət Venesiya şəbəkəsinin əlamətlərini birləşdirir.

Əmruz Amiqinin yaratdığı seçilən əsərlər 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində, 2012-ci ildə Nyu-Yorkun İncəsənət və Dizayn Muzeyində, 2010-cu ildə Texasın Hyuston şəhərində yerləşən Təsviri İncəsənət Muzeyində və 2009-cu ildə Londonun Viktoriya və Albert Muzeyində nümayiş olunub. Onun bir sıra fərdi sərgiləri, o cümlədən, “Dayanmış Şəhər”, Bloom Layihələri, 2012-ci ildə Kaliforniyanın Santa-Barbara şəhərində keçirilən İncəsənət Forumunda fərdi sərgisi, 2011-ci ildə Nyu-Yorkun Nisel Boşan Sərgi Salonunda keçirilən “Dövlət içində Dövlət”sərgisi və 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində yerləşən İzabel Van Den Eynde Sərgi Salonunda keçirilən “Mələklərin Vuruşması” adlı tədbirləri təşkil olunub.

Əfruz Amiqi Nyu-Yorkda yaşayır və fəaliyyət göstərir.

1958-ci ildə anadan olan Şoca Azəri valeh edici və mədəniyyət mövzularını canlandıran əsərləri yaratmaq üçün kinoçəkiliş, rəngkarlıq və fotoşəkil kimi üslubları istifadə edən visual incəsənət rəssamı və rejissordur. 1998-ci ildə Şoca Azəri məşhur vizual incəsənət rəssamı Şirin Nicatla tanış oldu və onların əməkdaşlığı bu günədək davam edir. Onların birlikdə ərsəyə gətirdikləri işlər sırasında 1998-ci ildə Venesiyada “Qızıl Şir” mükafatı qazanmış “Coşğun” adlı ikiekranlı film instalyasiyasını və 1999-cu ildə çəkilən və Artur Danto tərəfindən “şahəsər” adlandırılan “Vəcd” əsərini qeyd etmək olar. 1998-ci ildən bu günədək Şoca Azəri və Şirin Nicat bütün dünyanın muzeylərində və incəsənət festivalında təqdim olunan 15-dən çox film və incəsənət instalyasiyasını yaradıb. 2000-ci ildə Şoca Azəri Frantz Kafkanın üç hekayəsini trilogiya şəklində tərtib edərək, onu “K” adlı bədii film kimi çəkmişdi və 2002-ci ildə Venesiya Film Festivalında təqdim etmişdi. Şirin Nicatla birlikdə ssenarini yazdıqları və çəkdikləri “Kişisiz qadınlar” bədii filmi 2010-cu ildə Venesiya Festivalında “Gümüş Şir” mükafatını qazanmışdı. Şəhrinuş Parsipurun mübahisəli romanı əsasında çəkilən bu film 1953-cü ilin yayında baş verən və İran tarixində dönüş anı sayılan Amerikanın dəstəklədiyi dövlət çevrilişi zaman Amongst their most famous projects was Turbulent a double screen film installation, which won the Golden Lion in Venice in1998 and Rapture (1999) which was acclaimed as “a masterpiece” by Arthur Danı dörd İranlı qadının yaşadığı hadisələrdən bəhs edir. “Love Me, Love Me Not” sərgisində Şoca Azəri bu günədək həyata keçirdiyi ən iddialı layihəsini- Xİİ-ci əsr şairi Nizami Gəncəvinin yazdığı “Həft Peykar” (“Yeddi Gözəl”) adlı romantik poemanın təsvir etdiyi Qara İmarət və ya Zülmət Qaranlıq Şahının hekayəsini nəql edən iyirmi beş dəqiqəlik videosunu təqdim edəcək. 1197-ci ildə yazılması sona çatan “Yeddi Gözəl” ali hüsn və dərinlik haqqında kinayəli poemadır. Poemada işıqlandırılan əsas mövzu kamilliyə aparan özünü dərk etmədir; bu mövzu zəngin və canlı surətlərlə və mürəkkəb simvolizmlə əhatə olunub. Şoca Azəri öz hekayəni nəql etmək üçün orta əsrlər İran miniatür sənətini müasir incəsənət tərzində təqdim edir. Onun yaratdığı seçilən əsərlər 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində, 2013-cü ildə Nyu-Yorkun Leila Heller Sərgi Salonunda təşkil olunan fərdi sərgisində, 2012-ci ildə Nyu-Yorkda keçirilən “VİP” İncəsənət Yarmarkasında, 2012-ci ildə Hindistanın Nyu-Dehli şəhərində “Devi Art Foundation” tərəfindən təşkil olunan “Qaranlıqda Fil” sərgisində, Böyük Britaniyanın London şəhərində Müasir İncəsənət İnstitutu tərəfindən təşkil edilən “Live Art/Expanded” sərgisində, 2007-ci ildə İsveçrənin Bazel İncəsənət Yarmarkasında təşkil olunan Marko Nuare Müasir İncəsənət Mərkəzinin xüsusi layihəsində və, nəhayət, 2006-cı ildə İspaniyanın Madrid şəhərində təşkil olunan “Layihə otaqları-ARCO” tədbirində nümayiş olunub. Şoca Azəri Nyu-York şəhərində yaşayır və fəaliyyət göstərir.

1979-cu il təvəllüdlü Rəşad Babayev öz əsərlərini yaradarkən inam və işarələri geniş istifadə edən və rəngləri kəşf edərkən mücərrəd kompozisiyaları xəlq edən rəngkar və instalyasiya ustasıdır. “Love Me, Love Me Not” sərgisi üçün Rəşad Babayev bir çox insanın xəyalında “Dilək Ağacı” obrazını canlandıran təbii əncir ağacını gətirməyi planlaşdırır. Azərbaycanın Abşeron yarımadasında insanlar adətən öz arzularının çin olması üçün əncir ağacının budaqlarına əskiləri bağlayır. Lakin Rəşad Babayevin instalyasiyasında bu adət-ənənə tənqid olunur. Bağlanılan əskilər çox zaman brend paltarlardan götürülür və, beləliklə, bu vərdiş ölkədə maddiyatın hökm sürdüyünə bir daha dəlalət edir.

“Rəşad Babayevin seçilən əsərləri 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində 2012-2013-cü illər ərzində Londonda, Parisdə, Moskvada və Romada keçirilən “Bakıya Uçus” sərgisində, 2012-ci ildə “YARAT” Müasir İncəsənət Təşkilatı tərəfindən təşkil olunan “Commonist” və Müasir İncəsənət Muzeyində keçirilən “Birləşən Körpülər” sərgisində nümayiş olunub.

Rəşad Babayev Bakıda yaşayır və fəaliyyət göstərir.

1977-ci ildə anadan olan Mahmud Baxşi ətrafında müşahidə etdiyi riyakarlığa cavab olaraq, qeyri-adi, qəbul edilmiş qaydaları alt-üst edən işlər yaradır. 2008-ci ildə yaratdığı və ictimai münasibətlərdə mövcud olan ikiüzlü təvazökarlığı ifşa etməyə çalışdığı “Nəzərin hökmü” əsərində hicablı manekenlər yayğın plastic gözlərə malikdir və bu gözlərdə onların iç üzünü aşkar edən video kadrlar göstərilir. 2004-2006-cı illərdə ərsəyə gətirdiyi “İranda havanın çirklənməsi” əsərində o, paytaxt şəhərin hava çirklənməsinin İran bayraqlarını bürüdüyünü təsvir edir. “Love Me, Love Me Not” sərgisi üçün rəssam regionun neftlə üzdəniraq zənginliyini təsvir edən əsəri nümayiş etdirəcək. Bu əsərdə neft fəvvarənin suları çoxpilləli qalaylanmış piramidaya axıdılır.

Mahmud Baxşinin yaratdığı əsərlər Londonun “Tate Modern” Sərgi Salonunun daimi kolleksiyasında saxlanılır. Bu günədək cənab Baxşi bir çox sərgidə, o cümlədən, 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində, 2012-ci ildə Koreyada keçirilən Art Kvancu sərgisində, 2011-ci ildə Parisdə “Galerie Thaddaeus Ropac” Sərgi Salonunda keçirilən sərgidə, 2010-cu ildə Delfina Fondun təşkil etdiyi sərgidə və 2008-ci ildə Londonun “The Barbican” Sərgi Salonunda təşkil edilən sərgidə iştirak edib. Müasir İran İncəsənətinin Sehri mükafatını qazandığına görə Mahmud Baxşi 2010-cu ilin sentyabr ayında Londonun “Saatchi” Sərgi Salonunda fərdi sərgisini keçirtməyə müyəssər olub. Mahmud Baxşi İranda yaşayır və yaradıcılıqla məşğul olur.

Rəssam Əli Bənisədr 1976-cı ildə doğulub. Rənglərdən və rəngkarlıq üsullardan məharətlə istifadə edərək, Əli Bənisədr uşaqlıq xatirələrini, sənətşünaslıqla bağlı özünəməxsus fikirləri və gündəlik həyatın müşahidələrini kətan üzərinə keçirdir və bu zaman hərəkət, enerji və mücərrədlikdən bəhrələnərək bəşəriyyətə xas olan və bəsirət gözü ilə görünən təfərrüatları aşkar edir. Bənisədrin fikrincə, rəngkarlıq dünyanı vizual cəhətdən dərk etmənin bir üsuludur və emosiyaların, ideyaların və duyğuların bir-birinə qovuşması üçün istifadə edilən vasitədir. Əli Bənisədrin yaratdığı əsərlər bir çox dövlət muzeylərinin kolleksiyalarında, o cümlədən, Nyu-Yorkun “Metropolitan” İncəsənət Muzeyində, Los-Anceles Müasir İncəsənət Muzeyində, “Saatchi” Sərgi Salonunda, Londonda yerləşən Britaniya Muzeyində və Zaltsburqun “Museum der Moderne” muzeyində saxlanılır.

Rəssamın ərsəyə gətirdiyi əsərlər 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində, 2012-ci ildə Zaltsburqun “Galerie Thaddaeus Ropac” Sərgi Salonunda, 2012-ci ildə Dubayın “Green Art” Sərgi Salonunda keçirilən tədbirdə, 2011-ci ildə Nyu-Yorkun “Lesli Tonkonovun Əsərləri” Sərgi Salonunda, 2011-ci ildə Haaqanın “Gemente” Muzeyində və 2009-cu ildə Londonun “Saatchi” Sərgi Salonunda nümayiş olunub.

Əli Bənisədr Tehranda anadan olub, hazl-hazırda Nyu-Yorkda yaşayır və işləyir.

1976-ci il təvəllüdlü Əli Həsənov rəssam, musiqiçi və rejissordur. Hazırda o, hər üç sahədə fəaliyyət göstərir və onun ən tanınmış əsəri 1922-ci ildə avanqard janrında əsərlər yaradan rus bəstəkarı Arseniy Avraamovun ilk dəfə olaraq Bakıda səsləndirdiyi “Dəniz Pərilərinin Simfoniyası” təsiri altında 2012-ci ildə həyata keçirdiyi “Arsenium” layihəsidir. Bu hadisənin yaddaşlarda həkk olunması üçün Həsənov layihədə animasiyanı və musiqi akkompanementi istifadə edir; layihənin özü gəmi tərsanəsində xorun və nəfəsli alətlər orkestrinin müşayiəti ilə həyata keçirilir.

Əli Həsənov Azərbaycan Dövlət Mədəniyyət İnstitutunu bitirib və Bakı Beynəlxalq Kino Məktəbinin məzunudur. O, Azərbaycanı 52-ci Venesiya Biennalesində təmsil edib. Bundan başqa, o, 55-ci Venesiya Biennalesində, 2013-cü ildə təşkil olunan “Love Me, Love Me Not” sərgisində, 2012-2013-cü ildə Londonda, Parisdə, Moskvada və Romada təşkil olunan “Bakıya Uçuş” sərgisində, 2011-ci ildə Moskvanın Müasir İncəsənətinin Milli Mərkəzində təşkil olunan tədbirdə, 2009-cu ildə İstanbulun “Deop” Sərgi Salonunda təşkil olunan sərgidə, 2009-cu ildə Moskvanın “Mars” Sərgi Salonunda təşkil olunan sərgidə və, nəhayət, 2006-cı ildə Moskvanın Müasir İncəsənətinin Milli Mərkəzində təşkil olunan sərgidə iştirak edib. O, həmçinin, “PG Large Used Project” musiqi qrupun təsisçisi və rəhbəridir.

Əli Həsənov Bakıda yaşayır və fəaliyyət göstərir.

1978-ci il təvəllüdlü Orxan Hüseynov videoçəkilişlərdən, kompüter çapından və plastik heykəllərdən bəhrələnərək, şən və özünəməxsus əsərlər yaradır. Pleksiqlaz və kompüterdə yaradılan surətlərin köməyi ilə o, ilk baxışda bəsit görsənən, lakin neft zənginliyi, siyasi hakimiyyət və ya dini yerlərə ziyarət kimi mövzuları əhatə edən məsum şəkillər yaradır.

Orxan Hüseynov 1995-ci ildə Əzimzadə adına Dövlət İncəsənət Kollecini, 1999-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib, sonra da Bakıda yerləşən Azərbaycan Dövlət Təsviri İncəsənət Akademiyasının magistraturasında oxuyub. O, Azərbaycanı 52-ci Venesiya Biennalesində təmsil edib. O, rəngkarlıqdan tutmuş instalyasiyalaradək müxtəlif üslublardan istifadə edir, lakin onun yaratdığı əsərləri Azərbaycan adət-ənənələrinə və tarixinə bağlılıq birləşdirir. Əsərləri 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində, 2012-2013-cü illər ərzində Parisdə, Londonda, Moskvada və Romada təşkil olunan “Bakıya Uçuş” sərgisində, 2012-ci ildə “YARAT” Müasir İncəsənət Təşkilatı tərəfindən keçirilən “Birləşən Körpülər” sərgisində və Bakının Müasir İncəsənət Muzeyində təşkil olunan sərgidə nümayiş olunub.

Orxan Hüseynov Bakıda yaşayır və fəaliyyət göstərir.

1984-cü il təvəllüdlü Sitara İbrahimova əsasən fotoşəkillərlə işləyir, bəzən isə, səs- və videoyazmadan da istifadə edir. Əsərlərini yaradarkən o, bir çox obyektləri, missal üçün, gündəlik səfər etdiyimiz yerləri və ya müharibən qayıtmayan insanlardan qalan əşyaları nəzərdən keçirir. O, həm təsiredici portretləri, həm də nəzarətsiz buraxılmış və ya tərk edilmiş ərazilərin şəkillərini yaradır, və hər yaratdığı əsər tamaşaçıda yeni suallar doğurur. Sitara İbrahimovanın “Kənarda” adlı əsərində tarixi və kollektiv yaddaş anılır və siyasi və ya coğrafi hüdüdlardan kənar yaşayan insanların taleyi haqqında bəhs edilir. Onun surətlərində insan mimikası və duruşu, bəzən isə fraqmentlər və ya yoxluq vasitəsilə emosional məsələlər üzə çıxır. Sitara İbrahimovanın yaratdığı kompozisiyalar gündəlik həyatı təsvir edən və tamaşaçını hər bir gördüyü dramatik şəkil haqqında hekayə qoşmağa vadar edən əzabkeş anları əhatə edir. Bu sərgi üçün seçilən şəkillər silsiləsi Qarabağ regionu ilə bağlı tarixi və kollektiv yaddaşı əks etdirən çağırışları və mürəkkəbliyi təsvir etməyə və bildirməyə çalışır. Şəkillər silsiləsində hazırda tamamilə tərk olunmuş və müxtəlif siyasi, mədəni və sosial qrupların kəsişdiyi məkanda yerləşən şəhərin görüntüləri təsvir olunur. Sitara İbrahimova 2004-cü ildə Bakı Dövlət Universitetinin psixologiya fakültəsini bakalavr dərəcəsi ilə bitirib, sonra isə 2010-cu ildə Praqa Universitetinin Kino və Televiziya fakültəsini “fotoçəkiliş” ixtisası üzrə qurtarıb. Onun əsərləri 2012-ci ildə “YARAT” Müasir İncəsənət Təşkilatı tərəfindən keçirilən “Commonist” sərgisində, 2011-ci ildə Çexiyanın Praqa şəhərində təşkil olunan “USSR Remix” sərgisində, habelə 2010-cu ildə Tbilisidə keçirilən 7-ci Fotoşəkil Festivalında nümayiş olunub. O, həmçinin, 55-ci Venesiya Biennalesində və 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində də iştirak edib.

Sitara İbrahimova Bakıda yaşayır və fəaliyyət göstərir.

1982-ci il təvəllüdlü Aida Mahmudova rəssam və “YARAT” Müasir İncəsənət Təşkilatın təsisçisidir. O, multimediya heykəllərinin və instalyasiyaların yaradılması və rəngkarlıq sahələrində çalışır; onun ərsəyə gətirdiyi işlərin çoxu məxsusi bir məkanla xatirələri və duyğuları yaddaşda canlandırır. Aida Mahmudovanın maraq dairəsinə müstəqillik əldə edəndən sonra Azərbaycanın sürətlə müasirləşməsi məsələləri də daxildir; onun çəkdiyi rəsmlərdə özünün “toxunulmamış yer” adlandırdığı Bakının kənarında yerləşən baxımsız və boş ərazilər təsvir olunur. Aida Mahmudovanın yaratdığı “Yenidən istifadə olunan” (“Recycled”) adlı ictimai incəsənət əsəri hazırda Bakı Kukla Teatrının yaxınlığında qurulub və xanım rəssamın yaşadığı evinin qarşısında vaxtilə yerləşən gözəl binanın pəncərələrindən işlənib. Həmin bina sökülən zaman Aida binanın pəncərələrini almaq qərarına gəldi və bir neçə il sonra o pəncərələrin qalıqlarından incəsənət əsəri yaratmağa müvəffəq olub. Xanım rəssam Londonda yerləşən “Central Saint Martins” Kollecini “təsviri incəsənət” ixtisası üzrə bitirib. Bakıda və Tsürixda keçiriləcək fərdi sərgilərdə iştirak etməyi planlaşdırır və artıq 2012-ci ildə Bakıda təşkil olunan “Phillips de Pury” sərgisində işləri ilə təmsil olunub. 2011-ci ildə Aida Mahmudova “YARAT” Müasir İncəsənət Təşkilatını təsis edib. Onun seçilən əsərləri 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində, 2012-2013-cü illər ərzində Parisdə, Londonda, Moskvada və Romada təşkil olunan “Bakıya Uçuş” sərgisində, 2012-ci ildə “YARAT” Müasir İncəsənət Təşkilatının keçirdiyi “Birləşən Körpülər” və Bakı Müasir İncəsənət Muzeyində təşkil olunan sərgidə nümayiş olunub.

Aida Mahmudova Bakıda və Londonda yaşayır və fəaliyyət göstərir.

1983-cü ildə doğulan Taus Maxaçeva formalaşmaqda olan regionları (Dağıstan, Rusiyanın Qafqaz bölgəsi) və xalqları, habelə məkanları və bu məkanlar üçün səciyyəvi olan davranış qaydalarını kəşf etməyə çalışan bir rəssamdır. Taus Maxaçevanın yaratdığı əsərlərdə Vətən həsrəti və tənhalıq mövzuları sezilir, bəzi işlərində isə kişilik və ya SSRİ-də hökm sürən cah-calala qarşı meyl məsələləri qaldırılır. Onun əvvələr çəkdiyi filmlərdə doğulduğu bölgədə yayılan kişiliklə bağlı oyunlar (itlərin döyüşləri, avtomobil yarışları) ifşa olunur. “Love Me, Love Me Not” sərgisi üçün Taus Maxaçeva Böyük İpək yolunda yerləşən tərk edilmiş şəhər Qamsutl haqqında eyni adlı filmi təqdim edəcək. Filmdə çəkilmiş baş qəhrəman rəqs edərək hazırda qismən tərk edilmiş şəhərin görüntülərini tamaşaçının nəzərinə çatdırır.

Xanım rəssamın bu günədək ərsəyə gətirdiyi əsərlər 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində, 2012-ci ildə Liverpul Biennalesində, 2011-ci ildə 4-cü Bakı Beynəlxalq Biennalesi çərçivəsində təşkil olunan “Alüminium” sərgisində, 2011-ci ildə Milanın “İmpronte” Müasir İncəsənət Sərgi Salonunda təşkil olunan sərgidə və 2010-cu ildə Moskvanın Müasir İncəsənət Muzeyində keçirilən sərgidə nümayiş olunub. O, təhsilini Londonun Goldsmith Kollecində alıb, sonra isə Kral İncəsənət Kollecində oxuyub.

Taus Maxaçeva Moskva və Maxaçqala şəhərlərində yaşayır və fəaliyyət göstərir.

1963-cü il təvəllüdlü Fərhad Moşiri İranda və xarici ölkələrdə geniş yayılmış istehlakçılıq mədəniyyətinin satirik təsviri ilə tanınır. Əsərlərin yaradılmasında o, qeyri-adi materiallardan istifadə edir və istər məşhur, istərsə də ənənəvi personajların surətlərindən bəhrələnir. Bıçaqlardan və buz dispenserlərdən tutmuş Svarovski kristallarınadək istifadə edən Fərhad Moşiri tamaşaçıların İran mədəniyyətinin keyfiyyətcə yeni və ənənəvi stereotipləri dağıdan obrazını təqdim edir. Dini şəkilləri komikslərlə birləşdirərək, silahı izahlı şərhlərin edilməsi, keks formasına bənzəyən əşyaları isə tabaşirlə çəkilən siluetlərin qabardılması üçün istifadə edərək, o, adamgüldürən məqamlarla bədbəxtliyi izah etməyə və populyar personajları satira atəşinə tutmağa çalışır.

Fərhad Moşiri 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində, 2012-ci ildə Berlinin Martin-Qropius Bau Muzeyində təşkil olunan “ARTandPRESS” tədbirində, 2011-ci ildə Venesiyanın Palatso Grasi Sarayında “Fransua Pino Kolleksiyaları” Sərgi Salonunun təşkil etdiyi “Dünya Sənə Məxsusdur” sərgisində, 2009-cu ildə Parisin “Galerie Thaddaeus Ropac” Sərgi Salonunda Raad O Bargh tərəfindən təşkil olunan sərgidə və Nyu-Yorkun Çelsi İncəsənət Muzeyinin təşkil etdiyi “İranın İç üzü” adlı sərgidə və digər kollektiv tədbirlərində iştirak edib. Fərdi sərgilərinə gəldikdə isə, o, 2012-ci ildə Parisin “Galerie Perrotin” Sərgi Salonunda təşkil olunan “Sevinc Atəşi” sərgisində, 2011-ci ildə Dubayın “Third Line Gallery” Sərgi Salonunun təşkil etdiyi “Şükran” sərgisində və həmin il Dubayın Fərcam Sərgi Salonu tərəfindən keçirilən “Sevgi hələ hər şey demək deyil” sərgisində öz əsərlərini nümayiş etdirib.

Fərhad Moşiri Tehran və Paris şəhərlərində yaşayır və fəaliyyət göstərir.

1983-cü ildə anadan olan Fərid Rəsulov müasirlik mövzusunu izhar edən və keçmişin görünən ünsürləri ilə əlaqəli olan instalyasiyaları, heykəlləri, fotoşəkilləri və rəsmləri ərsəyə gətirir. O, çox zaman yumorla qarşılanan və Azərbaycanın sürətli müasirləşməsinin rəmzi olan ölkəyə xas olan visual ünsürlərin rəmzi mənasını öz əsərlərində inkar edir. 55-ci Venesiya Biennalesində Fərid Rəsulovun qurduğu instalyasiyada betonla şəbəkə (Azərbaycan memarlığında XVİİİ-XİX-cu əsrlərdə geniş istifadə olunan və hal-hazırda yalnız Şəki şəhərində istehsal olunan rəngli şüşə parçalardan ibarət pəncərə çərçivələri və ağac hissələrindən yığılan və ya yalnız ştiftlərlə birləşdirilən fiqurlar) bir-birinə qovuşur. Sadə tərkibli sementi naxışlı rəngli şüşə hissəcikləri ilə birləşdirərək, rəssam yeni ilə köhnənin, keçmişlə indiki zamanın, xalqın ənənəvi cəmiyyətindən müasirləşməyə keçidlə qlobalizasiyanın arasında mövcud olan ziddiyyətləri vurğulayır.

Rəssam Fərid Rəsulov ilk ali təhsilini Azərbaycan Dövlət Tibb Universitetində almışdı. Rəssam olduqdan sonra, o, Azərbaycanı 2009-cu ildə keçirilən 53-cü Venesiya Biennalesində təmsil etmişdi. O, bir çox sərgilərdə iştirak edib, onların sırasında 55-ci Venesiya Biennalesini, 2013-cü ildə təşkil olunan “Love Me, Love Me Not” sərgisini, 2012-2013-cü illər ərzində Parisdə, Londonda, Moskvada və Romada təşkil olunan “Bakıya Uçuş” sərgisini, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərin Şərcə şəhərində keçirilən Şərcə İslam İncəsənəti Festivalını, 2012-ci ildə “YARAT” Müasir İncəsənət Təşkilatı tərəfindən təşkil olunan “Commonist” sərgini, 2012-ci ildə Bakı İctimai İncəsənət Festivalını və 2009-cu ildə 53-cü Venesiya Biennalesində Azərbaycan pavilyonunun təmsilçiliyini qeyd etmək olar.

Fərid Rəsulov Azərbaycanda yaşayır və fəaliyyət göstərir.

2006-cı ildə formalaşan “Slavyanlar və Tatarlar” qrupu Berlin Divarından şərqə doğru və Böyük Çin Səddindən qərbə doğru yerləşən və Avrasiya adı ilə tanınan məkanla əlaqədar mübahisə və yaxın dostluq fraksiyasıdır. Qrup üzvləri müxtəlif incəsənət üslublarından və istiqamətlərindən bəhrələnərək, aşağı və yüksəksəviyyəli mədəniyyət reyestrləri ilə işləyərək, çox zaman diqqətdən yayılan Slavyanlar, Qafqazlılar və Orta Asiyalılar arasında qarşılıqlı təsir mövzusunu gündəmə gətirməyə çalışır. “Slavyanlar və Tatarlar” rəssamlar qrupunun 2012-ci ildə təbii ölçüdə yaratdığı “Molla Nəsrəddin-Antimodernist” adlı heykəltəraşlıq əsəri həm də uşaqlar üçün müəyyən mənada “oyun meydançası” rolunu oynayır. Bundan başqa, XX-ci əsrin əvvələrində yaradılan Azərbaycanın əfsanəvi satirik personajı Molla Nəsrəddin nəinki Qafqaz kimi mürəkkəb regionda konkret qəhrəman timsalında milli mənliyin formalaşmasına təsir edib, o, həmçinin, həm o zaman, həm də bügün mətbuatın gücünü nümayiş etdirməyə müvəffəq olub.

Qrup üzvlərin son illər ərzində ərsəyə gətirdiyi işlər sırasında 2011-ci ildə yaradılan təqdirəlayiq, bənzərsiz, müstəsna iş sayıla biləcək “Molla Nəsrəddin jurnalı”, 2010-cu ildə yaradılan “Sev Məni, Sevmə Məni: Dəyişdirilmiş Adlar”, 2009-cu ildə hazırlanan “Dağları Qaçırdarkən”, 2012-ci ildə yaradılan “Nə Moskva, Nə də Məkkə” və həmin il peyda olan “Khhhhhh” kimi əsərləri qeyd etmək olar. Onların çapa hazırladığı kitabın adı “Millətlər arasında Dostluq: Polşa Şiə Şoubiznesi”-dir. “Slavyanlar və Tatarlar” bu günədək müxtəlif fərdi sərgilərini təşkil edib və edəcək, o cümlədən, cari 2014-cü ildə ABŞ-ın Dallas İncəsənət Muzeyində təşkil olunan sərgini, bu il Almaniyanın Leiptsiq şəhərinin “GfZK” Sərgi Salonunda və Polşanın Belostok şəhərinin “Arsenal” Sərgi Salonunda təşkil olunacaq sərgilərini, 2013-cü ildə Los-Ancelesin “REDCAT” Mərkəzində təşkil olunan sərgini, həmin il Ştutqartın “Kunstlerhaus” Sərgi Salonunda təşkil olunan sərgini, və 2012-ci ildə Nyu-Yorkun Müasir İncəsənət Muzeyində təşkil olunan sərgini yada salmaq olar. Kollektiv sərgilərinə gəldikdə isə, qrup üzvləri öz əsərlərini 2012-ci ildə 9-cu Kvancu Biennalesində, həmin il Vyananın Sezession sərgisində və Yeni Muzey Triennalesində, 2011-ci ildə “Koninklijke Academie voor Schone Kunsten” təsisatı tərəfindən təşkil olunan sərgidə, habelə həmin il “Tate Modern” Sərgi Salonunda, 10-cu Şərcə Biennalesində və 3-cü Fessaloniki Biennalesində nümayiş edib

Kollektivin yaşayış və fəaliyyət məkanı “Avrasiyadır”.

1952-ci ildə dünyaya göz açan İliko Zautaşvili rəssam və Tbilisi Dövlət İncəsənət Akademiyasının professorudur. Daima konfranslarda məruzələrlə çıxış edən və müxtəlif sərgilərdə visual incəsənətin nümayəndəsi qismində iştirak edən İliko, həmçinin video və kinorejissoru kimi də özünü doğruldub. O, Milli İncəsənət Mərkəzi və “Artaktiv Təkamül” təşkilatı daxil olmaqla, Gürcüstan paytaxtında bir neçə vacib mərkəzi təsis etməyə və yeni təşəbbüsləri həyata keçirməyə müvəffəq olub. Rəssam bir çox tədbirlərdə, o cümlədən, 55-ci Venesiya Biennalesində, 2013-cü ildə keçirilən “Love Me, Love Me Not” sərgisində, 2012-ci ildə Nampo İncəsənət Muzeyində təşkil olunan sərgidə, 2011-ci ildə təşkil olunan Venesiya Biennalesində Palatsio Zenobio birgə tədbiri çərçivəsində “Atlantis” sərgisində, 2010-cu ildə Gürcü Ədəbiyyatı Muzeyində təşkil olunan sərgidə, 2009-cu ildə Hollandiyanın Kobra Muzeyində keçirilən “Gürcüstanda Doğulan” sərgisində, həmin il Çeçenistan Artisteriumda təşkil olunan “Fövqəladə Biennalesində” və Varşavanın “Uyezdovski” qəsrində “Zamok” Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi sərgidə, Fransanın Nant şəhərinin Təsviri İncəsənət Muzeyində təşkil olunan “Tbilisiyə Səfər” sərgisində, 2008-ci ildə Nyu-Yorkda keçirilən 2-ci Asiya Müasir İncəsənətinin Yarmarkasında, 2005-ci ildə Tbilisinin “Art Caucasus” Sərgi Salonunda təşkil olunan “Stereotipləri Aşaraq” sərgisində və 2004-cü ildə Belçikanın Brüssel şəhərinin Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqazın Müasir Fotoşəkil Sənətinin Vəziyyəti” adlı sərgidə öz əsərlərini nümayiş etdirməyə müvəffəq olub.

İliko Zautaşvili Gürcüstanın paytaxtı Tbilisi şəhərində yaşayır və fəaliyyət göstərir.

 

Trend.az